Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Onlar da bilir ki, nə yolun yolçusuyam" – Samir Abasov
    13.04.2025 22:22:41

    "Neftçi" Misli Premyer Liqasının XXX turunda evdə "Zirə"yə 2:4 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - "Neftçi" hesabda 3:0, 4:0 olanda da azarkeşlər oyunun sonunu gözləməyə qorxurlar. Yayda qurulan komandanın gücü bir hissəyə çatır? Siz hesabda irəlidə ola-ola uduzmağı nə ilə əlaqələndirirsiniz?

    - Problemlərimizi bilirik. Deyirlər bilirsinizsə, niyə çözmürsünüz? Çox çətin prosesdir. Bizim hər oyunda baş verən prosesləri deyirəm. Əfsuslar olsun ki, bəzi komponentləri dəyişməkdə çətinlik çəkirik. 2 qol vurduq, Ağadadaş Salyanski təkbətək çıxıb, rəqibə qırmızı vərəqə aldıra bilərdi. Rəqibin etdiyi hər hücum təhlükəli epizodla bitir. Bunu aradan qaldıra bilmirik. Bu, reallıqdır, deməliyik. Motivasiya ilə oyuna çıxmağa çalışırıq. Bu gün uduzduğumuz oyun, baş verən proseslər dediyimiz problemlərin təsdiqidir. Birəbir mübarizələri uduzuruq. Gizlədiləsi bir şey yoxdur. Statistika da hər şeyi göstərir. Təsəlli olaraq kubok qalıb. Çox çətin oyuna gedirik. Olan problemləri daha da çox qabardıb burada çox danışmaq istəmirik. Bu sezonu qurtaracaq oyuna çıxmalıyıq. O oyunda daha başqa motivasiya ilə, karyeramızın son matçına çıxırıq kimi oynamalıyıq. Zaman göstərəcək. Bildiyimiz şeylər başımıza gəlir. Onları aradan qaldırmağa çətinlik çəkirik. Bu sezon çox çətin görünür. Çox şeyləri mətbaut konfransında açıb deyə bilmirik. 

    - "Sabah"la kubok matçında geridönüşə inanırsınız?

    - İnanıram. "Turan Tovuz"la oyundan sonra "Sabah" da kuboka son çıxış yolu kimi baxır. Bu gün nə qədər üzücü olsa da, faciə olsa da, xeyirli bir şey çıxarmağa çalışacağıq.

    - Azarkeşlərlə də görüşmədiniz. Bütün bunların sonunda özünüzün bu məğlubiyyətlərdə rolunuzu görürsünüz?

    - Çox yaxşı sualdır. İnkişaf etmək istəyiriksə, özümüz özümüzü də analiz etməliyik. Ən yaxşı yol özündə günah görüb, özünü tənqid edib, daha da yaxşılaşdırmaqdır. Bütün məğlubiyyətlərdə günah baş məşqçidədir. Baş verən proseslərdə günahımız var. Amma əl-qolumuzu sallamalı deyilik. Bilirdik ki, çətin dönəmdə komandaya gəlirik, problemli kollektivi götürürük. Bilirdik ki, günahkar kimi baş məşqçini görəcəklər. Bu cür faciə olan oyunlardan... Həqiqətən faciədir. Nəticə çıxarmalıyıq.

    - Rəşad Sadıqov bildirdi ki, Samir Abasov yaxşı komanda hazırlayıb. Həmkarınızın tərifini necə şərh edərdiniz?

    - Sağ olsun, təşəkkür edirəm. Bütün həmkarlarımla yaxşı münasibətdəyəm. Onlar özləri bilir ki, nə yolun yolçusuyam, heç bir baş məşqçini tənqid etməyi xoşlamıram. Burada utanmadan dilə gətirənlər də var. Şükürlər olsun ki, tək-tük olsa da, bizim futbolumuzda öz "stoyka"sını saxlayan insanlar var. Rəşad kimi. Az olsa da, var. İş başındayıq. Allahdan arzu edirəm ki, bu cür insanlar həmişə iş başında olsun və ondan da yüksək yerlərdə işləsin.

    - “Sumqayıt”ın büdcəsi “Neftçi”dən aşağıdır, orada daha aşağı maaşa futbolçular oynayır. Onlarla işləmək çətin idi, yoxsa “Neftçi”nin futbolçuları ilə? Ümumiyyətlə, “Neftçi” səviyyəsində, iddialı olacaq kollektiv yığışıb?

    - “Neftçi”də işləmək “Sumqayt”da işləməkdən daha çətindir. “Sumqayıt”da klub tərəfindən məqsədlər bir yana, baş məşqçi kimi iddian var və o yolu daha rahat gedə bilirsən. Planı rahat qura bilirsən. Burada isə hər oyunda qalibiyyət olmalıdır deyə, narahatlıq var. Baxmayaraq ki, komandanı sən yığmamısan, hazırlamamısan. “Neftçi”də ikinci dönəmim olduğuna görə, bizim duruşumuz birinci dönəmdən fərqlənir. Bunları keçdiyimə görə alışmışam, hər şeyi gözümüzün qabağına alaraq gəlmişik. “Neftçi”də çətindir. "Sumqayıt"a yeni gedəndə, məqsəd çempionatda qalmaq idi, öhdəsindən gəldik. Sonra Konfrans Liqasına da getdik. “Neftçi”də çətin olsa da, çalışırıq. Amma iddialı məsələsinə gəldikdə, xeyr iddiasından uzaq komandayıq.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved