Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “Zirə” yaxşıdır, bu kifayət edir” kimi fikirləri düşünmürəm" – Rəşad Sadıqov
    13.04.2025 21:59:35

    Misli Premyer Liqasının XXX turunda keçirilən “Neftçi” – “Zirə” (2:4) matçından sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.

    – Bizim üçün oyun çox çətin başladı. Rəqib yaratdığı ilk iki epizoddan yararlandı. Bu dəqiqələrdə toparlanıb, oyuna davam etmək çətin idi. Futbolçular özlərində güc tapdılar, təslim olmadılar. Sona qədər mübarizə apardılar. 4 qol vurduq, məğlub da ola bilərdik. İkinci hissəyə fəal başladıq. Vacib 3 xal qazandıq. Artıq qarşıdakı matçlara baxmalıyıq. “Sumqayıt”a qarşı vacib oyun bizi gözləyir.

    – Futbol ictimaiyyəti və mediada müşahidə edilir ki, “Zirə” və Rəşad Sadıqovun işi çox da qabardılmır. Səbəbini nədə görürsünüz?
    – Məşqçiliyə başladıqdan, ikinci sezondan sonra mediadan və sosial şəbəkələrdən maksimum uzaqlaşmışam. Mənfi və müsbət fikirləri izləmirəm. Bilmirəm dediyiniz şəkildədir, ya yox. Biz işimizi onun üzərində qurmamışıq ki, kimsə tərifləsin. Tərifə layiq olsaq, tərifləyəcəklər. Ola bilər ki, məndən gözləntilər çoxdur. Bunu anlayışla qarşılayıram. 3-cü yerlə 6 xallıq fərq var. Amma qətiyyən düşünmürəm ki, nəsə üstünlüyümüz var, nəyisə həll etmişik. 6 kritik oyunumuz var. Bilmirəm Konfrans Liqasının oyunu nə vaxtdır. Ora vəsiqə qazanmayana qədər baxmayacağam. İndi məni düşündürən “Sumqayıt”la görüşdür. 

    – Rəşad Sadıqovun görmək istədiyi “Zirə” budur?
    – Futbolçu olaraq da heç vaxt özümdən razı olmamışam. Həmişə düşünmüşəm ki, daha yaxşısını edə bilərəm. Bu gün düşünəcəyəm: nəyi düz etməmişik ki, rəqib 2 dəfə fərqləndi. Samir Abasovun gəlişindən sonra “Neftçi” etibarlı müdafiə olunur. Bu həftə onu düşünəcəyəm ki, harada düz etmədik, qollar buraxdıq. Yəqin oyunçular 100 faiz oyuna köklənməmişdi ki, 2 qol buraxdıq. “Zirə” yaxşıdır, bu kifayət edir” kimi fikirləri düşünmürəm. Onu düşünsəm, geri addamlayarıq.

    – 0:2 uduzduğunuz halda, necə oldu ki, geridönüş etdiniz? Sanki baş verənlər səmimi deyildi…
    – 33 illik futbol təcrübəm var, bu tip oyunlar bizim liqada, digər liqalarda çox olub. “Qarabağ”la görüşdə də 0:2 uduzurduq, sonda qalib gəldik. Əsas səbəbi nədə görürəm? Rəqibin pressinqinə hazırlaşmışdıq. 0:2-dən sonra da yaxşı oynamırdıq. Rəqabətli oyun idi. Hissənin sonlarında pressinq edib topu ələ keçirib, penalti qazandıq. Hücum potensialını artırmağa başladıq. Rəqib 3:0 qalib gələ də bilərdi. Futbolun bir hissəsidir. Əsas üstünlüyümüz nə idi? “Neftçi”nin çoxsaylı itkiləri var idi. İkinci hissədə ehtiyat qüvvəmiz rəqibdən daha geniş idi.

    Futbol

    “Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı

    27.07.2026 18:48:03
    Futbol

    "Qarabağ"dan azarkeşlərinə şad xəbər

    27.07.2026 18:09:59
    Futbol

    "Fiorentina" "Qarabağ"ın legionerinə elçi düşdü

    27.07.2026 17:18:46
    Futbol

    "Sportinq"in sabiq futbolçusu "İmişli"də

    27.07.2026 16:53:44
    Futbol

    Elxan Səmədov Serbiya Superliqasının baş katibi ilə görüşdü

    27.07.2026 16:29:37
    Futbol

    "Qarabağ" elə də qorxulu komanda deyil" - Georgi Georgiyev

    27.07.2026 15:48:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı

    27.07.2026 18:48:03

    Azərbaycan klubunda yaponiyalı legioner

    27.07.2026 18:28:20

    "Qarabağ"dan azarkeşlərinə şad xəbər

    27.07.2026 18:09:59

    Bakıda dünya çempionatının açılışı oldu

    27.07.2026 17:40:41

    "Fiorentina" "Qarabağ"ın legionerinə elçi düşdü

    27.07.2026 17:18:46

    "Sportinq"in sabiq futbolçusu "İmişli"də

    27.07.2026 16:53:44

    Elxan Səmədov Serbiya Superliqasının baş katibi ilə görüşdü

    27.07.2026 16:29:37

    Azərbaycan klubu əcnəbi məşqçisi ilə müqaviləni yenilədi

    27.07.2026 16:17:28

    "Qarabağ" elə də qorxulu komanda deyil" - Georgi Georgiyev

    27.07.2026 15:48:50

    Bakıdakı Avropa çempionatında 250 könüllü çalışacaq

    27.07.2026 15:12:59

    Dünya çempionatı: 3 güləşçimiz Bakıda yarımfinala yüksəldi

    27.07.2026 14:49:07

    Bu il Bakıda güləşin daha bir dünya çempionatı keçiriləcək

    27.07.2026 14:20:23

    "Zirə"nin Sumqayıtdakı oyununu idarə edəcək hakim zədələndi

    27.07.2026 14:17:43

    İlham Əliyevdən Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı sərəncam

    27.07.2026 13:43:34

    Mahir Emreli Polşa çempionatına məğlubiyyətlə başladı

    27.07.2026 13:15:44
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved