Misli Premyer Liqasının XXX turunda “Kəpəz” “Araz-Naxçıvan”la heç-heçə edib.
Prosport.Az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş qolsuz bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra “Araz-Naxçıvan” 52 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 9-cu yerdə olan Gəncə klubunun isə 28 xalı var.
Qeyd edək ki, turun daha əvvəl keçirilmiş görüşlərində “Qarabağ” “Səbail”i (4:1), “Turan Tovuz” “Sabah”ı (2:1), “Şamaxı” isə “Sumqayıt”ı (2:1) məğlub edib.

