Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Göstərdik ki, biz varıq və daha yaxşısını edə bilərik" – "Kəpəz"in legioneri
    12.04.2025 14:17:51

    “Komanda olaraq hamı yaxşı oynadı. Meydanda fərdi yox, kollektiv şəkildə mübarizə apardıq”.

    Prosport.Az xəbər verir ki, bu sözlər "Kəpəz"in futbolçusu Valdemar Almeydaya məxsusdur.

    “Sabah”la oyundan danışan yarımmüdafiəçi bildirb ki, matça ciddi yanaşıblar: “Güclü, yaxşı rəqibə qarşı ağıllı oynadıq. Görüşə düzgün hazırlaşmışdıq. Göstərdik ki, biz varıq və daha yaxşısını edə bilərik”.

    “Pana” ləqəbli futbolçunun qolu “Kəpəz”ə qələbə gətirib. O fərqlənməsini uğurlu komanda işinin nəticəsi kimi qiymətləndirib: “Hər bir futbolçu qol vurmağı xoşlayır. Mənim üçün belə imkan yarandı və fürsətdən yararlandım. Fərqləndiyim və xüsusən də qolum komandaya qələbə qazandırdığı üçün sevincliyəm. Qol epizodunda hamının rolu var. Vəziyyəti komanda olaraq yaratdıq. Belə oynamağa davam etməliyik”.

    33 yaşlı yarımmüdafiəçi komandasının elitada yerini qoruyacağına əvvəlcədən inandığını deyib: “Çempionatın əvvəlində vəziyyət olduqca mürəkkəb idi. Hamı söyləyirdi ki, “Kəpəz” bu mövsüm daha bacarmayacaq. Amma biz bunun əksini sübut etdik. Bunun üçün çox çalışdıq. İstəyimizə də nail olduq”.

    Valdemar Almeyda “Araz-Naxçıvan” ilə qarşıdakı oyuna da uğurlu nəticə üçün çıxacaqlarını söyləyib: “Növbəti oyun barədə fərqli düşünmürük. Qələbə qazanmaq istəyirik. Lakin bu, son oyunda olduğu kimi eyni ambisiya və əzmlə mümkün olacaq. Çünki “Araz-Naxçıvan” klubunun da yaxşı qurulmuş heyəti var. Bizi çətin oyun gözləyir. 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved