Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu qərar bəzi klublara təsir edəcək" – Qurban Qurbanov
    11.04.2025 21:29:19

    Misli Premyer Liqasının XXX turunda keçirilən “Səbail” – “Qarabağ” (1:4) matçından sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.

    – Futbolçularımı təbrik edirəm. 4:1 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, rəqib yaxşı oynadı. Ümumən azarkeşlərimizə təşəkkür edirəm. Futbolçularımızı oyundan qopmağa qoymadılar. Elvinə uğurlar arzulayıram. Qarşıda “Neftçi” ilə oyunuz var.

    – Həmin görüşə qədər 8 günlük fasilə var…
    – İnanın ki, yanvardan bu yana hətta özüm hazırlıq proqramımızdan şikayətçi idim. Elə günlər olurdu ki, axsaq nöqtələrimizin üstündə məşq edə bilmirdik. Bu 8 günün çox xeyir verəcəyini düşünürəm. Həmin çatışmazlıqları da aradan qaldıracağımıza ümid edirəm. Düzgün faydalanmağa çalışacağıq.

    – Kubok matçında hansısa rotasiyalar gözlənilir?
    – Sıx qrafik olanda rotasiyalar edirdik. İndi çalışacağıq ki, əsas heyətlə meydana çıxaq. Hər oyuna maksimum dərəcədə düzgün heyətlə çıxmağa çalışırıq. Kuboka çox ciddi hazırlaşırıq. Çünki bizi qarşıda avrokubok oyunları gözləyir. Futbolçuların performansının düşməsinə icazə verə bilmərik.

    – Kevin Medina 3-4 oyundur ki, meydanda deyil. Səbəbini bilmək olar?
    – Sadəcə, Mateus Silvanı oynatdım. Həm limitlə bağlıdır, həm də Silva o mövqedə yaxşıdır.

    – Artıq 4-cü dəfədir ki, İcraiyyə Komitəsinin iclasında iştirak etmirsiniz. Əsasnaməyə görə İK üzvlüyündən kənarlaşdırıla bilərsiniz…
    – Düzü sayını bilmirəm. Amma heç bir yığıncağa icazəsiz getmədiyim vaxt olmayıb. Bu gün də komandanın məşqi var idi. Dünən bildirmişdim. Komandanın vəziyyəti yaxşı olsa belə, futbolçuları yalnız qoymaq istəmirəm. Biz İK-ya seçiləndə də bu barədə Rövşən müəllimə məlumat vermişdim. Qarşılıqlı şəkildə bir-birimizi anlayırdıq.

    – Meydana girən oyunçuların performansından razı qaldınız?
    – Sanki onlar girəndən sonra qol epizodlarımız az olmadı. İstər-istəməz sonradan meydana daxil olmaq asan deyil. Xüsusən də soyuq havada. Musa, Cica, Kaşuk hər biri istəkli idi.

    – Addainin performansından razısınız?
    Xeyr.

    – Demişdiniz ki, süni örtüklü meydançada oynamaq çətindir. Amma 4:1 qalib gəldiniz. Artıq öyrəşmisiniz?
    – Süni örtüklü meydançaya öyrəşmədik, öyrəşmək də istəmirik. Bəlkə də ən çox zədəlisi olan klublardan biri “Səbail”dir.

    – Növbəti mövsüm Premyer Liqa komandalarına veriləcək illik məbləğ azalıb 2,5 milyon olacaq. Bu komandalara necə təsir edəcək?
    – Bəzi klublara təsir edəcək. Hansı ki, obların 500 minə çox ehtiyacı var. Gərək, sponsor tapsınlar.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved