AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Prosport.Az xəbər verir ki, yığıncaqda “Haypers Quba” klubunun prezidenti Ayaz Abdullayev barəsində verilən qərardan şikayətə baxılıb.
Onun apellyasiyası təmin edilməyib. II Liqada XIX tur çərçivəsində keçirilən “Haypers Quba” – “Ağdaş” oyunu bitdikdən sonra hakimi təhqir etdiyinə görə verilən cəza qüvvədə saxlanılıb.
Qeyd edək ki, klub prezidenti 3-ü şərti olmaqla 5 oyun cəzalanıb. Ona 3 ay sınaq müddəti təyin edilib. Klub da 400 manat cərimə olunub.

