Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "1 ildə əldə olunan nəticələr böyükdür" - AFFA prezidenti
    11.04.2025 14:12:26

    AFFA-nın Hesabat Konfransında qurumun prezidenti Rövşən Nəcəfin mətbuat konfransı keçirilib.

    Prosport.Az milli assosiasiya rəhbərinin fikirlərini təqdim edir:

    - Bir ildə gördüyünüz işlərdən razısınız? 

    - Əldə olunan nəticələr böyükdür. Amma daha çoxunu istəyərdik. 

    - Kadr islahatları istəyirsiniz. Bu, idarəetmə ilə bağlıdır? 

    - Futbolu inkişaf etdirmək istəyiriksə, böyük işlər görməliyik. Kadr islahalatları kiminsə vəzifəyə gəlməsi, getməsi deyil. Peşəkar kadrların inkişaf etdirilməsinin üzərində işləməliyik. Təlimçi, psixoloq, həkim, hamısı. İstənilən hədəflərə çatmaqda lazım olan əməkdaşlara qapımız açıqdır. AFFA-da da təbii prosesdir. Kimsə gəlir, kimsə gedir. Kütləvi ixtisarlar planı yoxdur. Yolumuzda irəliləyərkən lazım olan əməkdaşları cəlb edəcəyik.

    - Uşaq futbolu ən böyük problemlərimizdəndir. Süni örtükdə zədələr çoxdur. Qlobal problemi həll etmək üçün böyük vəsait lazımdır. Bu yöndə hansısa işlərə başlanılıb? 

    - Bəli, uşaq futbolu, regionlarda futbolun inkişafı, süni meydançların təbii örtüklərlə əvəzlənməsi lazımdır. Bunun üçün külli miqdarda vəsait tələb olunur. Yalnız AFFA-nın vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmur. Özəl sponsorların futbola cəlb edilməsi istiqamətində işlər aparılır. Yalnız AFFA-nın hesabına istədiyimiz işləri həyata keçirmək çətin olacaq.

    - "Karvan" və "İmişli" Premyer Liqaya yüksəldikdən sonra Bakıya sığınsalar, vəziyyət necə olacaq? 

    - Bir il möhlət verilməsi qərara alınıb. Yarış başa çatmayıb. Klubların adını çəkmək istəməzdim. Premyer Liqadakı klublarla da danışırıq ki, infrastruktur standartlara cavab versin. Regionlarla bağlı, çox istəyərdik və məqsədimiz odur ki, region klubları öz bölgələrində oynasınlar. Bu, həm uşaq futboluna dəstək olacaq, həm də azarkeşlər üçün maraqlıdır. "Turan Tovuz"da görülən işləri nümunə göstərmək olar. Öz vəsaiti ilə gələn özəl investerlor var. Vəzifəmiz onlara müvafiq şəraiti yaratmaqdır. Futbolumuza töhvə vermək istəyənlərə zəruri şəraiti yaratmaq əsas işimizdir.

    - Legioner limiti ləğv olunduqdan sonra millinin nəticələrinin daha pis olacağına dair narahatlıqlar var. Siz necə düşünürsünüz?

    - Bu, yerli oyunçuların keyfiyyətinin yüksəlməsinə kömək olacaq. Əgər yerlilər legionerlərə rəqabətdə uduzacaqsa, 4-cü komandalarda əsas heyətə düşə bilməyən yerlilərlə millidə hansı uğura imza ata bilərik? Bu qərarın bizi yuxarılara aparacağına inanırıq. Uğuru necə təsvir etməyimizdən çox çey asılıdır. Avropa çempionatının seçmə mərhələsində 3-5-ci yerlər uğurdur? Biz bunu istəmirik. İstəyirik ki, millimiz mötbətər turnirlərin final mərhələsində oynasın. Əvvəlki dövrlərdə də düşünmürəm ki, uğur adlandıracağımız nəticələr var idi. 

    - Uğursuzluqlar davam edərsə, Fernandu Santuşun müqaviləsi ilə bağlı qərar veriləcək? 

    - Haiti ilə matçda bizdə cəmi 4, Belarusla oyunda 2 milliləşdirilmiş oyunçu var idi. Əvvəllər bu say 7 idi. Rəqabətli gənc komanda qurmaq çətin prosesdir. Amma edilməlidir. Santuşla müzakirəmiz oldu. Qısa müddətdə daha ürəkaçan nəticələrin olması haqda müzakirələr apardıq. İyunda yoldaşlıq oyunlarımız var. Biz yalnız nəticələrə yox, onun yeniliklərə yanaşmasına diqqət verməliyik. Təklif edirəm ki, iyunda yoldaşlıq oyunlarından əvvəl medianın səhərdən axşama qədər komandanı necə hazırladığını görmək üçün iştirakı olsun. Məşqçini yalnız oyunun nətiəsinə görə qiymətləndiririk. Amma onun oyuna, məşqə yanaşmasını görsünlər. Mediadan dəstək istəyirik, təkliflərlə çıxış etsinlər. Santuş ilk dəfə millinin heyətini canlı olaraq elan etməyə başladı.

    - Klublar hakimlikdən narazıdır. De Belekerenin fəaliyyətindən razısınız? 

    - Ekosistemin inkişafına ehtiyac var. Narazılıqlar mövcuddur. Bu sahədə daha çox işlər görməliyik. De Belekerenin fəaliyyətinə gəldikdə, ən aparıcı sistemə uyğun olaraq bütün sistemi qururlar, hakimlərlə görüşürlər, təhlillər aparırlar, ən yaxşı eksperltəri cəlb edirlər. Amma yenə də səhvlər var. 2 FIFA referimiz var, 4-ə yüksəltmək isyəyirik. İşlər aparırılır. Hakimliyə həvəs, maraq göstərənlər azdır. İstəyərdik ki, hakimlər büyün matçlarda xətasız olsun. Təəssüf ki, mümkün deyil. Nail ola biləcəyimiz nəticə belə xətaların minimuma endirilməsi və qərəzin olmamasıdır. Qərəz yoxdursa, səhvlərin təkrarlanmaması üçün işlər aparılmalıdır. 

    - İcraiyyə Komitəsinin iclasından sonra AFFA-nın heç bir rəsmisi açıqlama vermir. AFFA mətbuatdan niyə kənar qaçır? 

    - Razı deyiləm. Sərxan müəllim və Cahangir müəllim media önünə çıxır. Belə təəssürat yaranırsa, demək ki, nəyisə kifayət qədər etmirik. Media ilə görüşləri plana salarıq. Baş məşqçi də media ilə əlaqədə olur. Belə təəssürat varsa, nəyisə düzgün etmirik. Bu istiqamətdə işləyirik.

    - Futbolçuların hərbi xidmət məsələsi  necə həll oluna bilər? "Dinamo" bununla bağlı AFFA-ya müracitə edib, amma milli assosiasiya susur. Onlara maddi-texniki dəstəyin verilməsi nəzərdə tutulub? 

    - Azərbaycan Respublikasında səfərbərliklə bağlı qanunlar var. Biz aidiyyatı qurumlarla müzakirələr aparırıq. Ümid edirik ki, burada da müsbət nəticə əldə edərik. Bu, AFFA-nın səlahiyyəti çərçivəsində deyil. Klublar bizə müraciət edir, biz də aidiyyatı qurumlarla əlaqəyə keçirirk.

    - "Barselona"nın Bakıda akademiya açmaq istəyi var. AFFA-nın burada rolu var? 

    - Layihəyə başlammışdan əvvəl "Barseloa"nın prezidenti Bakıya iki dəfə səfər edib. Hər iki tərəfin burada nə etmək lazım olduğunu müzakirə etdik. Hazırda layihənin icrasına başlamaq üçün son detallar klub tərəfindən dəqiqləşdirilir. Əsas hədəf bu klubun akademiyasının təcrübəsini burada reallaşdırmaqdır. Özəl partnoyrların Azərbaycan futboluna töhvə verməsi üçün zəruri şəraitin yaradılmasına hazırıq. Nə qədər yaxşı təkliflər olarsa, qapımız hamısına açıqdır.

    - Azərbaycan futbolunda problemlər çoxdur. Bunların fonunda sizcə millinin baş məşqçisinin əcnəbi olmasına ehtiyac var? 

    - Məşqçi seçimində milliyyətdən daha çox, töhvə verə biləcək təcrübə, bilik nəzərə alınır. U-21 millisinin baş məşqçisi Ayxan ABbasovla müqavilə imzalananda onunla danışdıq və bildik ki, klubdakı və millidəki fəaliyyətini ayırıb, tənzimləyə biləcək. Məhdudiyyət yoxdur ki, məşqçi yerli, ya xarici olmalıdır. Çox istəyərdik ki, azərbaycanlı mütəxəssislər, hakimlər, məşqçilər, idman tibb sahəsindəki peşəkarlarımızı daha çox cəlb edək, onları yetişdirək, futbolumuzun inkişafına töhvə verəcək insanlara şərait yaradaq.

    - UEFA ilə münasibətləriniz necədir? Orada nümayəndəmiz yoxdur.. "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov müharibə dövründə yazdığı statusa görə ömürlük cəza aldı. Nurlanın məsələsini bir daha gündəmə gərirmək, UEFA ilə bir daha danışmaq mümkündür? 

    - Həm UEFA, həm FIFA ilə sıx əməkdaşlıq edirik. Çox gözəl münasibətlər var. Bütün beynəxlalq təşkilatlarda azərbaycanlıların olmasını istərdik. Amma müəyyən prosedurlar var. FIFA-da Elxan Məmmədov çox məsul vəzifədə çalışır. Yerlilərimizin mötəbər təşkilatlarda çalışmasına sevinirik, dəstəkləyirik. Daha çox peşəkar yetişdirməliyik ki, sonra beynəlxalq qurumlarda vəzifələrə keçsinlər. Nurlan İbrahimovla bağlı UEFA-nın standartlarına, qaydalarına uyğun qərar qəbul edilib. "Qarabağ"dakı həmkarlarımızla da danışmışıq. Yenə də qərar sahibi UEFA-dır. Hər bir qurumun öz qaydaları, prinsipləri var. Həmin nizamnamədə tədbirlər nəzərə tutulubsa, bir şəxsə görə dəyişəcəklərini düşünmürəm. Amma yenə də baxarıq.

    - Növbəti mövsümdə klublara edilən maliyyə yardımı artırılacaq? 

    - Vəsait yalnız federasiyadan gəlməməldiir. Çalışmalıyıq ki, futbola daha çox sponsorlar cəlb edək. Futbolun dayanıqlılığı maliyəyyədən asılıdır. Yalnız bir sponsor hesabına futbolu inkişaf etdirmək mümkün deyil. Bununla bağlı İcraiyyə Komitəsinin iclası olacaq. Ümumi məbləğin artırılması düşünülmür. Klub sayı artırsa, vəsait azalır. Klublar vəsaiti özləri cəlb etməyə öyrənməlidir.

    - Qurban Qurbanov AFFA-nın iclaslarında iştirak etmir. Arada soyuqluq var? Qurban müəllim İcraiyyə Komitəsi ilə bağlı sualları cavablandırmır...

    - Hansısa problem yoxdur. O, İK-nin iclaslarına qatılır. Münasibətimiz yaxşıdır. Hansısa soyuqluqdan söhbət gedə bilməz. Özündən də soruşa bilərsiz. İclaslarda iştirak etmədiyi təqdirdə də, hamının öz planı var. Üzrlü səbəblərlə bağlı məlumat verilir.

    Futbol

    “Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı

    27.07.2026 18:48:03
    Futbol

    "Qarabağ"dan azarkeşlərinə şad xəbər

    27.07.2026 18:09:59
    Futbol

    "Fiorentina" "Qarabağ"ın legionerinə elçi düşdü

    27.07.2026 17:18:46
    Futbol

    "Sportinq"in sabiq futbolçusu "İmişli"də

    27.07.2026 16:53:44
    Futbol

    Elxan Səmədov Serbiya Superliqasının baş katibi ilə görüşdü

    27.07.2026 16:29:37
    Futbol

    "Qarabağ" elə də qorxulu komanda deyil" - Georgi Georgiyev

    27.07.2026 15:48:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı

    27.07.2026 18:48:03

    Azərbaycan klubunda yaponiyalı legioner

    27.07.2026 18:28:20

    "Qarabağ"dan azarkeşlərinə şad xəbər

    27.07.2026 18:09:59

    Bakıda dünya çempionatının açılışı oldu

    27.07.2026 17:40:41

    "Fiorentina" "Qarabağ"ın legionerinə elçi düşdü

    27.07.2026 17:18:46

    "Sportinq"in sabiq futbolçusu "İmişli"də

    27.07.2026 16:53:44

    Elxan Səmədov Serbiya Superliqasının baş katibi ilə görüşdü

    27.07.2026 16:29:37

    Azərbaycan klubu əcnəbi məşqçisi ilə müqaviləni yenilədi

    27.07.2026 16:17:28

    "Qarabağ" elə də qorxulu komanda deyil" - Georgi Georgiyev

    27.07.2026 15:48:50

    Bakıdakı Avropa çempionatında 250 könüllü çalışacaq

    27.07.2026 15:12:59

    Dünya çempionatı: 3 güləşçimiz Bakıda yarımfinala yüksəldi

    27.07.2026 14:49:07

    Bu il Bakıda güləşin daha bir dünya çempionatı keçiriləcək

    27.07.2026 14:20:23

    "Zirə"nin Sumqayıtdakı oyununu idarə edəcək hakim zədələndi

    27.07.2026 14:17:43

    İlham Əliyevdən Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı sərəncam

    27.07.2026 13:43:34

    Mahir Emreli Polşa çempionatına məğlubiyyətlə başladı

    27.07.2026 13:15:44
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved