“Hakimliklə bağlı müəyyən çatışmazlıqlar var”.
Prosport.Az xəbər verir ki, bu sözləri AFFA-nın Hakimlər Komitəsinin sədri Frank de Blekere qurumun Hesabat Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, son bir ildə Azərbaycan hakimliyi inkişaf etsə də, bəzi oyunlarda müəyyən səhvlər qeydə alınıb: “Düşünürəm ki, bu da normal haldır. Çünki biz “PlayStation” oynamırıq, hakimlər isə robot deyil. İnsan fəaliyyəti olan yerdə səhv də qaçılmazdır”.

