Ukrayna millisinin aparıcı futbolçusu Mixail Mudrik uzunmüddətli diskvalifikasiya ilə üzləşə bilər.
Prosport.Az yerli mətbuata istinadən xəbər verir ki, 24 yaşlı vingerin təkrar dopinq-testinin nəticəsi də müsbət çıxıb.
Ötən ilin dekabrında A testində qadağan olunmuş preparat aşkarlanan “Çelsi”nin oyunçusu futboldan müvəqqəti uzaqlaşdırılmışdı. Rəsmi şəkildə hələ açıqlanmasa da, Mudrikin B testinin də müsbət nəticələndiyi bildirilir. Bu təsdiqlənərsə, futbolçu bir neçə il yaşıl meydanlardan uzaq qalmalı olacaq.
Bu da o deməkdir ki, Mudrik DÇ-2026-nın seçmə mərhələsində Fransa, İslandiya və Azərbaycan milliləri ilə keçiriləcək qrup oyunlarını buraxacaq. Yığmamız ukaynalılarla ilk oyununu sentyabrın 9-da evdə, oktyabrın 13-də səfərdə keçirəcək.

