Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyev Albaniya çempionatında məğlubiyyət acısı yaşayıb.
Prosport.Az xəbər verir ki, onun çıxış etdiyi "Eqnatiya" XXXIII turda öz meydanında uduzub.
Zamiqin komandası "Elbasani"yə 1:2 hesabı ilə məğlub olub. Start heyətində yer alan və 90 dəqiqə oynayan Əliyev birinci hissədə sarı vərəqə ilə cəzalanıb. Meydan sahibləri 6 oyundan sonra xalsız qalıb.
Qeyd edək ki, lider mövqeyində qərarlaşan "Eqnatiya" yaxın rəqiblərinin xal itirməsindən istifadə edə bilməyib. Onlar 58 xalla "Dinamo"nu 3 xalla qabaqlayırlar.

