Misli Premyer Liqasında XXIX tura yekun vurulub.
Prosport.Az xəbər verir ki, sonuncu oyunda "Araz-Naxçıvan" "Sumqayıt"la üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə yekunlaşıb - 2:0. 20-ci dəqiqədə Ramon Maçado penaltini dəqiq yerinə yetirib. 65-ci dəqiqədə İqor Ribeyru fərqlənib. Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Araz-Naxçıvan" 3-cü pillədə qərarlaşıb. 7-ci sıradakı "Sumqayıt"ın 29 xalı var.
Günün ilk görüşündə "Neftçi" səfərdə "Sumqayıt"ı 2 cavabsız qolla üstələyib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0 hesabı ilə üstələyib. "Səbail" - "Turan Tovuz" matçında hesab açılmayıb

