Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu cür ifadələrə layiq biri deyiləm" – Veysəl Rzayev azarkeşlə davasından danışdı
    7.04.2025 00:06:11

    Misli Premyer Liqasının XXIX turunun açılış matçında “Səbail” – “Turan Tovuz” (0:0) matçından sonra qonaqların futbolçusu Veysəl Rzayev baş verənlərə görə üzr istəyib.

    Prosport.Az xəbər verir ki, oyunçu futbolinfo.az-a danışıb:

    “Oyun bitdikdən sonra hər zaman olduğu kimi azarkeşlərə təşəkkür bildirmək üçün tribunaya yaxınlaşmışdıq. Mən yaxınlaşan zaman ünvanıma qeyri-etik ifadələr səsləndi. Komandadakı problemin mənimlə bağlı olduğumu dedilər və ardınca şəxsiyyətimlə bağlı söyüşlər işlətdilər. Bu sözlər mənə çox pis təsir etdi. Çünki bu cür ifadələrə layiq biri deyiləm. Həmin an emosiyalarımı idarə edə bilmədim. Artıq neçə ildir ki, bu komanda üçün tər tökürəm. Belə ifadələr eşitmək məni çox üzdü”.

    Rzayev hadisədən sonra da təhqir və söyüş mesajları aldığını söyləyib: “Bu hadisədən sonra yenə də təhqir və söyüş mesajları aldım. Buna görə çox üzüldüm. Artıq neçə ildir ki, “Turan Tovuz”un şərəfini qoruyuram və hər oyunda əziyyət çəkirəm. Bu günə qədər heç bir azarkeşlə belə bir problemim olmayıb. Amma mənə deyilən sözləri qəbul edə bilmədim. Kənardan bəlkə də yanlış anlaşıldı. Məni təhqir edənləri çıxmaq şərtilə, bizi dəstəkləyən azarkeşlərdən üzr istəyirəm”.

    Veysəl Rzayev komandanın hazırkı nəticələrinin fərqində olduqlarını, bununla belə, əllərindən gələni etdiklərini vurğulayıb: “Komanda artıq bir müddətdir ki, nəticə qazana bilmir və biz də bunun fərqindəyik. Məncə, bu, futbolda normal haldır. Hər kəsi anlayıram, amma yenə də mübarizəni davam etdirəcəyik. Belə hallar bizə yaxşı təsir etməsə də, oyunlarda daha yaxşı çıxış edəcəyimizə əminəm. Hər bir futbolçu kimi, mənim də əsas istəyim azarkeşlərimizi sevindirməkdir. Hər şeyi bu klub üçün edirik. Xahiş edirəm ki, nəticədən asılı olmayaraq, heç bir futbolçuya qarşı təhqiredici ifadələr işlədilməsin. Bu, futbolçulara mənfi təsir edir. Bu hal yaşandığı üçün yenidən azarkeşlərdən üzr istəyirəm. Çünki mən elə bir insan deyiləm”.

    “Turan Tovuz” xoşəgəlməz hadisə ilə bağlı bəyanat yayıb. Bəyanatda “Turan Tovuz” klubunun başverənlərlə bağlı təəssüf hissi keçirdiyi vurğulanır: "Məsafədən asılı olmayaraq, hər zaman komandasının yanında olan, səfər oyunlarında belə ev oyunu ab-havası yaradan azarkeşlərimizin irad və təklifləri inkişafımız üçün çox vacibdir. Komandası ilə bütövləşmiş tribunada istənilən şəxsin təhqir olunması bizi daha da narahat edir. Bildirmək istəyirik ki, oyunçular tərəfindən azarkeşlərə qarşı göstərilən qeyri-adekvat reaksiya yolverilməzdir. Baş verən hadisə ilə bağlı oyunçulara qarşı klubumuzun daxili intizam qaydalarına uyğun olaraq müvafiq addımlar atılıb. Hər zaman olduğu kimi “Turan” ailəsini vacib missiya uğrunda birlik olmağa çağırırıq. Biz bir ailəyik. Gücümüz birliyimizdir!"

    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Futbol

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06
    Futbol

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55
    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    "Cüdosuz qala bilmərəm" – 4-cü dəfə dünya çempionu olan Mövlud Mirəliyev

    24.09.2026 09:38:27

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved