Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Planşeti qıranda təkcə hakimə deyil, oyunçuma da hirslənmişdim" – Qurban Qurbanov
    6.04.2025 22:16:55

    Misli Premyer Liqasının XXIX turunda keçirilən “Qarabağ” – “Zirə” matçından (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.

    – Futbolçularımı təbrik edirəm. Gərgin oyun oldu. Rəşadı da təbrik etmək istəyirəm. Get-gedə daha mübariz komanda formalaşdırır. Çox ağıllı, düzgün müdafiə qurulub. Uğurlar arzulayıram. Azarkeşlərimizə də təşəkkür edirəm.

    – Kadinin gəlişindən sonra Yassin Benziyanın mövqe dəyişməsi oyunçuya necə təsir edir?
    – Benziyanın həmin mövqedə olmasından çox razıyam. Sadəcə, bu gün yorğun idi. İstədiklərimi meydanda yetirmə qabiliyyəti güclüdür.

    – Kadinin zədəsi ciddidir?
    – Ciddiyə oxşamadı.

    – Ölkə kubokunun cavab oyununu əcnəbi hakimin idarə etməsini istəyərsiniz?
    – Xeyr.

    – İntizam Komitəsi planşeti qırmağınıza görə sizi cəzalandırmadı. Bu sizin nüfuzunuza görədir?
    – Niyə etsin? Orada təkcə hakimə deyil, oyunçuma da hirsləndim. Bu sanki oyundankənar epizod idi. Cəza olsaydı da, problem yox idi. Bundan əvvəlki “qırmızı”lara etirazımı bildirmişdim. Hələ də sözümdə qalıram.

    – AFFA İcraiyyə Komitəsinin üzvü kimi 1 ili başa vurdunuz. Bu müddət ərzində ölkə futboluna nə qazandırdınız?
    – 1 ilə nəsə etmək asan deyil. Sadəcə, ümumi gedişat necə qurulur, gələcəyə necə baxılır mövzusunda işlər gedir. Bunlar da bir neçə il sonra bəhrəsini verəcək.

    – Əsas rəqibinizi 15 xal qabaqlayırsınız. Bu xal fərqi komandaya gələcək oyunlarda necə təsir edəcək?
    – Ciddi rəqəmdir. Bəlkə də futbolçularda bir az arxayınlıq var. Amma çox üzərlərinə getmirəm. Çox gərgin mövsüm keçirdik. Hətta bəzən görürəm ki, futboldan doyurlar. Onlar da insandır. Futbolçulardan bəzən çox şey tələb edəndə hirslənirlər. Bu, normaldır. Özümüzdə də belə hallar baş verir. Məşqçi olaraq çalışıram ki, heyəti toparlayım. Amma bəzən mənim də hazırlıqsız vaxtlarım olur. Biri var çoxlu tələblə meydana çıxırlar, biri də var sərbəst. Düşünürəm ki, sərbəstliyin xeyri olacaq.

    – Sizə Çempoionlar Liqasına I, yoxsa II təsnifat mərhələsindən başlamaq daha yaxşıdır?
    – Bizə sərf edən minimum III mərhələ olardı (gülür). Çünki ən azından bilərdik ki, Avropa Liqasının əsas mərhələsini təmin etmişik. Amma nə qədər gec başlasaq, o qədər yaxşı olar. I mərhələdən başlasaq, bizim üçün vaxt azlığı olacaq. Amma belədə II raunddan başlamaq yaxşı olardı.

    – Azarkeşlər sizdən hər iki kuboku qazanmağı tələb edir. Onlara söz veririrsiniz?
    – Mən heç vaxt ikisini qazanmaq istəmədiyimi deməmişəm. Azarkeşlər məndən tələb etmirlər. Sadəcə, qalib gəlməyimizi istəyirlər. Mən də bunu istəyirəm. Kompromisə getmək lazım deyil.

    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Futbol

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06
    Futbol

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55
    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    "Cüdosuz qala bilmərəm" – 4-cü dəfə dünya çempionu olan Mövlud Mirəliyev

    24.09.2026 09:38:27

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved