Misli Premyer Liqasının XXIX turunda "Kəpəz" səfərdə "Sabah"a qalib gəlib.
Prosport.Az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan oyunda gəncəlilər 1:0 hesablı qələbəyə sevinib.
Yeganə qolu 41-ci dəqiqədə Valdemar Almeyda vurub.
"Bayquşlar" 36 xalla turnir cədvəlində 5-cidir. 27 xalı olan qərb təmsilçisi isə 9-cu pillədə yer alıb.
Qeyd edək ki, turun açılış qarşılaşamasında "Səbail" doğma meydanda "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.

