Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Azarkeşlər milli komanda ilə bağlı Rövşən Nəcəfə müraciət etdi
    1.04.2025 16:47:24

    Göyqurdlar Azarkeş Birliyi AFFA-nın prezidenti Rövşən Nəcəfə müraciət edib.

    Prosport.Az xəbər verir ki, birliyin darə Heyətinin sədri Elnur Şəriflinin adından ünvanlanan müraciətdə azarkeşlər tərəfindən təklif edilən islahatlar yer alıb.

    "Hörmətli Rövşən Nəcəf,

    Azərbaycan milli komandasının son zamanlardakı nəticələri və sərgilədiyi oyun ilə bağlı dərin narahatlığımızı bir daha rəsmi şəkildə sizin diqqətinizə çatdırırırq.
    Biz – bu komandanın tribunadakı səsi, Azərbaycan bayrağına könüldən bağlı olan Göyqurdlar Azarkeş Birliyi olaraq, aşağıda qeyd edilən məsələlərin ən tez zamanda diqqətə alınaraq həyata keçirilməsini tələb edirik:

     1. Seleksiya işlərinin şəffaf və obyektiv meyarlar əsasında aparılması
    •    Futbolçuların milli komandaya seçim prosesi şəffaflıq prinsipi əsasında əvvəlcədən AFFA tərəfindən müəyyən edilmiş obyektiv meyarlara əsaslanmaqla aparılmalıdır.
    •    Öz klubunda əsas heyətdə oynamayan futbolçuların yığmaya çağırılması dayandırılmalıdır. Milli komanda karyera və təcrübə qazanmaq üçün yox, layiq olanların təmsil olunduğu yer olmalıdır.

     2. Kapitanlıq məsələsi
    Milli komandanın kapitanı aşağıdakı obyektiv meyarlar əsasında seçilməlidir:
    •    Azərbaycan dilində öz fikrini sərbəst ifadə edə bilməsi;
    •    Milli komandada digərlərinə münasibətdə daha uzunmüddətli təcrübəsinin olması;
    •    Liderlik bacarıqlarının mövcud olması.

     3. Milliləşdirilmiş oyunçularla bağlı məsələ
    •    Milliləşdirilmə siyasətinə son qoyulmalı və Azərbaycana bağlılığı olmayan milliləşdirilmiş futbolçular mərhələli şəkildə yığmadan uzaqlaşdırılmalıdır.

     4. Dövlət gerbinin forma üzərinə qaytarılması
    •    Milli komandanın formasında Dövlət Gerbi rəsmi şəkildə öz yerini almalıdır. Dünya təcrübəsində bir çox ölkə yığmanın formasında Dövlət Gerbindən istifadə etməkdədir. 

     5. AFFA İcraiyyə Komitəsi ilə bağlı çağırış
    •    Futbol və futzal ictimaiyyətinə aid olmayan şəxslərin İcraiyyə Komitəsində yer almaması ilə bağlı Nizamnamədə müvafiq dəyişikliklər edilməlidir.
    •    Azarkeşlərə milli futbol idarəçiliyində rəsmi iştirak hüququ tanınmalıdır. Azarkeşlərin müəyyən etdiyi şəxsin İcraiyyə Komitəsində yer alması ilə bağlı Nizamnamədə müvafiq dəyişikliklər edilməlidir.
    •    Qeyd edilənlər nəzərə alınmaqla hazırkı İcraiyyə Komitəsinin vaxtından əvvəl buraxılması və yeni seçkilərin keçirilməsi vacibdir.

    6. AFFA daxilində davam edən köhnə sistem təsirlərinin tam aradan qaldırılması
    •    AFFA-nın Aparatının işçilərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq attestasiyası keçirilməlidir. Atestasiyadan keçə bilməyən şəxslərlə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməlidir. Azərbaycan futbolunun idarəedilməsi ilə bağlı məsul vəzifələrdə yalnız bilik və bacarıqları buna imkan verən şəxslər çalışmalıdır. 

    7. Gənc futbolçuların yetişdirililməsi ilə bağlı fəaliyyət planı
    •    Gənc futbolçuların yetişdirilməsi üçün növbəti 5 ili əhatə edən fəaliyyət planı təsdiq edilməlidir. 
    •    Fəaliyyət planının icrasına nəzarət üçün klub akademiyalarına AFFA tərəfindən məsul şəxslər təyin olunmalıdır. AFFA tərəfindən müəyyən edilmiş meyarlara əsasən klub akademiyalarında mütəmadi monitorinqlər aparılmalıdır.
    •    Fəaliyyət planının icrası üzrə görülən işlər ölçülə bilən meyarlar əsasında qiymətləndirilməlidir. Hər ilin yekununda fəaliyyət planının icrası ilə bağlı AFFA ictimaiyyətə açıq hesabat təqdim etməlidir.

    Hörmətli Rövşən Nəcəf,

    Bu sadalanan məsələlər sadəcə tələb yox, azarkeşlərin futbol adına verdiyi son səs, son çağırışdır. Azərbaycan futbolunu yaşatmaq üçün bu dəyişikliklərə dərhal ehtiyac var. Əks halda, stadionlarda səslənən “Azərbaycan” sədaları – yerini böyük səssizliklə əvəz edəcək".

    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Futbol

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06
    Futbol

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55
    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    "Cüdosuz qala bilmərəm" – 4-cü dəfə dünya çempionu olan Mövlud Mirəliyev

    24.09.2026 09:38:27

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved