Bolqarıstanın “Arda” komandası yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama matçına çıxıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun yeni komandası ikinci sınaq görüşünü ÇSKA 1948 kollektivinə qarşı keçirib.
Matç 1:1 hesabı ilə bitib. 20 yaşlı mərkəz müdafiəçisi əsas heyətdə meydana çıxıb.
Hüseynov bundan əvvəl “Maritsa” ilə matçda da (3:1) da start heyətində çıxış edib.

