Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.
Prosport.Az xəbər verir ki, cədvəldə qitənin 400 ən yaxşı klubu yer alıb.
Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib. Ölkəmizin ən yaxşısı “Qarabağ”dır. 278 xala malik Qurban Qurbanovun komandası 64-cü sıradadır. Təmsilçimizin xal hesabı və mövqeyi dəyişməz qalıb.
5 pillə geriləyən “Neftçi” 19 xalla 259-cudur. 4 xal az toplayan “Sabah” 278-ci pilləni qoruyub. 6 addım irəliləyən “Zirə” 14 xalla 280-cidir.
Qeyd edək ki, siyahıya 2632 xala malik “Real” başçılıq edir.

