Millimizin futbolçuları Rahil Məmmədov və Renat Dadaşovun formasını geydiyi “Radomyak” Polşa Ekstraklasasında növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, komanda XXVI tur çərçivəsində “Korona”nın qonağı olub.
Qarşılaşma "Radomyak"ın 3:1 hesablı qalibiyyəti ilə nəticələnib. Rahil Məmmədov matçın iştirak ərizəsində yer almayıb. Start heyətində olmayan Renat Dadaşov isə 64-cü dəqiqədə oyuna qoşulub. O, 90+4-cü dəqiqədə məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Radomyak” turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

