Ukrayna Premyer Liqasında XXII turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Mustafayevin çıxış etdiyi "Çernomorets" səfərdə “Karpatı” ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Emil 61-ci dəqiqədə daxil olub.
“Çernomorets” 15 xalla 16 komanda arasında sonuncu pillədə qərarlaşıb.

