Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Komandadaxili problemlər bizimlə qəbirə qədər getməlidir" – Azər Bağırov
    30.03.2025 18:25:40

    Misli Premyer Liqasının XXVIII turunda keçirilən “Kəpəz” – “Səbail” (1:1) matçından sonra nominal meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.

    – İki fərqli hissə oynadıq. İlk yarıda daha yaxşı idik. İkinci hissədə isə əks-hücumlardan yararlana bilmədik. Qolu da standart vəziyyətdən buraxdıq. Yəqin ki, rahatlıq istəmirik… Bu oyunda qələbə qazanıb, daha rahat ola bilərdik.

    – “Neftçi”ni, “Sabah”ı məğlub edə, “Qarabağ”dan xal ala bilirsiniz, amma “Səbail”lə bacarmırsınız…
    – Həmişə belə oyunlarda psixoloji gərginlik olur. Ona görə də komanda “Qarabağ”, “Neftçi” və “Sabah”la daha rahat oynayır. Burada isə xal itirməkdən qorxurlar.

    – Transfer danışıqlarını hansı istiqamətdə aparırsınız?
    – Sırf mərkəz müdafiəçi ilə bağlı problemimiz var idi. Bu gün İlkin Qırtımov zədəli şəkildə meydana çıxdı. Yerli oyunçu sarıdan kifayət qədər problemlərimiz var.

    – 90 dəqiqəni eyni tempdə keçirməyə nə mane olur?
    – Hər iki hissəni eyni tempdə keçirdik. Sadəcə, ikinci hissədə əks-hücumlardan yararlana bilmədik. Hansı ki, Trentin ikiyə bir getdiyi epizod buna nümunədir. O mənada iki fərqli hissə izlədik.

    – “Sumqayıt”a məğlubiyyətdən sonra demişdiniz ki, komanda daxilində problemlər var. Həmin problemlər nə idi?
    – Komandadaxili problemlərdən danışmağa dəyməz. Sadəcə, futbolçulara siqnal idi. Onlar da buna riayət etdilər. Hesab edirəm ki, komandadaxili problemlər bizimlə qəbirə qədər getməlidir.

    – Xvalkonu ehtiyatda saxlayıb, İlkini startda oynatmağınız nəyə görədir?
    – “Qarabağ”la oyunda İlkin daha yaxşı çıxış etdi. Həm limitə görə belə seçim etdik. Əgər İlkin arxada olmasaydı, Anuşu irəlidə oynada bilməzdik.

    – Düşünmürsünüz ki, bu, Xvalkoya mənfi təsir edər?
    – Xeyr. Xvalko komandanı sevir. Bu gün İlkini arxada oynatmaqla, rotasiyalar edə bilirik. Yaxud da ön xətdə yerli oyunçuları oynatmaqla, arxada çətinlik çəkirik

    – Çox bitkin görünürsünüz. Problemlər davam edir?
    – Xeyr, problemlər yoxdur. Sadəcə, nəticə məni məyus edir. 1 səhv və 1 qol. Şükürlər olsun ki, heç bir problemimiz yoxdur. Zaman daraldıqca, oyunçular daha məsuliyyətli olmalıdır. Qarşıda 8 tur var. Hələ heç nə bitməyib. Gəncədə böyük futbol qalmalıdır.

    – Sizcə, elitada qalmaq üçün 5 xal nə qə dərəcədə üstünlük sayılır?
    – Böyük üstünlük deyil. 2 oyun uduzub, bunu itirə bilərik.

    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Futbol

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06
    Futbol

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55
    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    "Cüdosuz qala bilmərəm" – 4-cü dəfə dünya çempionu olan Mövlud Mirəliyev

    24.09.2026 09:38:27

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved