"Kəpəz" komandası Misli Premyer Liqasının XXVIII turunda "Səbail"i qəbul edib.
Prosport.Az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə ilk qolu 41-ci dəqiqədə Gəncə təmsilçinin futbolçusu Şevroni Mabatşoev vurub. 68-ci dəqiqədə "dənizçilər"in üzvü Dmitro Litvin bərabərlik qolunun müəllifi olub.
Bu nəticədən sonra "Səbail" 19 xalla sonuncu - 10-cu, autsayderdən 5 xal çox toplayan "Kəpəz" isə 9-cu sırada qərarlaşıb.

