Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli Türkiyə I Liqasında növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi “Boluspor” XXXI turda evdə “Bandırmaspor”la qarşılaşıb.
Bu oyunda qapılara qol vurulmayıb – 0:0. Vüsal matçın 72-ci dəqiqəsində meydana buraxılıb.
“Boluspor” hazırda 45 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

