Bu gün Misli Premyer Liqasında XXVIII turun daha iki oyunu keçiriləcək.
Prosport.Az xəbər verir ki, ikinci oyun gününün ilk matçında “Neftçi” öz meydanında “Araz Naxçıvan”ı qəbul edəcək. Paytaxt klubu son 3 görüşdə qələbə qazanmayıb. “Araz-Naxçıvan” isə son 2 oyunda meydandan qalib ayrılıb.
Günün son oyununda “Sumqayıt” yerli azarkeşləri qarşısında “Sabah”la qarşılaşacaq. Qonaqlar son 2 görüşdən qolsuz ayrılıb. “Sumqayıt” son 3 ev oyununda rəqib qapısına yol tapıb.
Qeyd edək ki, turun açılış oyununda ötən gün "Qarabağ” “Turan Tovuz”u böyük hesabla (4:1) məğlub edib. Turun digər iki oyunu sabah keçiriləcək.

