Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Elvinin problemini nə siz bilirsiniz, nə də mən" – Qurban Qurbanov
    28.03.2025 22:12:39

    Misli Premyer Liqasının XXVIII turunda “Turan Tovuz” və “Qarabağ” arasında keçirilmiş açılış matçından (1:4) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.

    – Futbolçularımı təbrik edirəm. Bəlkə də ən gərgin oyunlarımızdan biri idi. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Oyuna kimi Kevin Medina cəmi 2 dəfə məşq etmişdi. Komanda şəklində normal məşqimiz olmamışdı. Vacib qələbə idi. İlk hissədə meydanda öz yerimizi lazımi məqamda doldura bilmirdik. Belə atmosferdə oynamaq xoş idi. Düşünürəm ki, yaxşı başlanğıc oldu.

    – Keyfiyyət baxımından istədiyiniz səviyyəyə çatırsınız?
    – Xeyr, hələ ona illər lazımdır. Belə sıx qrafikdə oynamaq bizim üçün bu asan deyil. Biz Avropada çıxış edən komandalarda görmüşük ki, keyfiyyət hansı səviyyədə olur.

    – Bu gün “Turan Tovuz”un əsas korpusunun açılışı oldu, amma sizi görmədik. Dəvət olunmamışdınız?
    – Oyuna hazırlaşırdıq. Elə də çox önəmli deyildi. Dəvət olsaydı belə, komandamı atıb gedə bilməzdim.

    – Bu mövsüm “Turan Tovuz”u bu matça qədər məğlub edə bilməməyinizin gərginliyi var idi?
    – Olmamış olmaz. Gərginlik var idi.

    – Hakimliyin səviyyəsi bu oyuna uyğun idi?
    – Bəzi epizodlarda narazı qaldım. Künc və cərimə zərbələrində bir az narazılığım oldu.

    – Buntiçə dekabrdan bu yana şans verilmir. Getməyə namizəddir?
    – Qapıçı mövqeyi önəmlidir. Bəzən limitə görə şans ala bilmir. İnşallah ki, qarşıdakı oyunlarda qapıda olacaq.

    – Millinin oyunlarından sonra Elvin, Nəriman və Toralın tənqid atəşinə tutulmasını necə qarşıladınız?
    – İstəməzdim. Futbolçularıma intizamlı olmağı tapşırmışdım. Narazılıqlar bəzən dialoqlardan qaynaqlanırdı. Nərimanla Toralın orada hər hansı əks fikir bildirmək düşüncəsi yox idi. Bəzən elə suallar verirsiniz ki… Toral nə meydanda, nə də kənarda kiməsə qarşı etinasız olub. Eləcə də Nəriman. Ümumən, pis düşüncəli olmayan uşaqlardır. Normal yanaşmalıyıq. Dəfələrlə belə müsahibələr almısınız. Onlar belə uşaqlar deyil.

    – Nərimanın adı “Molde”ylə hallandı, amma transfer reallaşmadı…
    – Rəsmi təklif oldu, amma klublar arasında razılıq baş tutmadı. Martın 27-si transfer pəncərəsi bitirdi. Bizim üçün qısa zamanda qərar vermək çətin idi.

    – Toral və Nərimandan danışdınız. Bəs Elvinin problemi nədir?
    – Nə sən bilirsiniz, nə də mən (gülür). Elə bil ki, qapana düşüb, heç nədən vərəqələr alır. Amma çox böyük səhvlər edir. Bir oyunçunun başına belə halların gəlməsi yaxşı deyil. 1-2 oyun düzəlir, sonra yenə eyni vəziyyət. Bu vərəqəni çox vacib oyunlarda alıb, məğlubiyyətin səbəbkarı ola bilər.

    – Heyətdə müqavilələri bitən futbolçularla danışıqlar aparmısınız?
    – Xeyr. Dəyişikliklər etmək istəyirik. Bəlkə futbolçuların hamısı qaldı və sadəcə, yeni oyunçular cəlb etdik. Axtarışlarımız davam edir. Hər bir halda mayda qərarlar verəcəyik.

    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Futbol

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06
    Futbol

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55
    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    "Cüdosuz qala bilmərəm" – 4-cü dəfə dünya çempionu olan Mövlud Mirəliyev

    24.09.2026 09:38:27

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved