“Zirə”nin futbolçusu İssa Cibrillanın çıxış etdiyi Niger yığması yoxlama oyunu keçirib.
Prosport.Az xəbər verir ki, sözügedən komanda Bonayr ilə qarşılaşıb.
Matç Nigerin böyükhesablı qələbəsi ilə başa çatıb – 6:0.
Cibrilla oyuna start heyətdə başlayıb və ikinci hissədə əvəzlənib. O, matçın 4-cü dəqiqəsində komandasının birinci qolunu vurub.

