"İlk beynəlxalq təcrübəm arzuladığım kimi start götürmədi".
Prosport.Az xəbər verir ki, bunu Azərbaycan milli komandasının yeni məşqçisi Rəşad Eyyubov öz sosial şəbəkə hesabında yazıb.
O, paylaşımında futbolçuların uğur qazanmaq üçün əllərindən gələni etdiklərini bildirib: "Futbolçular məşqçi heyəti və inzibati heyət kimi bütün güclərini sərf etdi. İndi gözəl sözlər və fikirlər söyləmək vaxtı deyil. Günahkar axtarmaq lazım deyil. Hamımız bu məsuliyyəti daşıyırıq və əminəm ki, birlikdə çətin vəziyyətdən çıxacağıq".
Qeyd edək ki, Azərbaycan yığması yoldaşlıq oyunlarında Haitiyə 0:3, Belarusa isə 0:2 hesabları ilə uduzub.

