Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Prosport.Az xəbər verir ki, İstanbul təmsilçisini İsmail Kartal çalışdıracaq. 62 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İsmail Kartal 2014-2015 və 2022-ci ildə "Fənərbağça"nın baş məşqçisi olub.

