DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi davam edir.
Prosport.Az xəbər verir ki, Monteneqro yığması Farer adalarını məğlubiyyətə uğradıb.
Bu görüşdə yeganə qolu “Neftçi”nin futbolçusu Edvin Kuç vurub. 2-ci hissədə meydana daxil olan yarımmüdafiəçi 90+6-cı dəqiqədə fərqlənib.
“Qarabağ”ın futbolçularından Marko Yankoviç 69, Marko Veşoviç isə 70 dəqiqə meydanda olub.

