Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Karyeram ərzində bu qədər məğlub olmamışdım" – Fernandu Santuş
    26.03.2025 00:50:36

    Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarusa uduzduqları oyundan (0:2) sonra fikirlərini bölüşüb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

    – İlk hissə balanslı oyun keçdi. 10-15 dəqiqə uşaqlar daha çox müdafiəyəmeyilli oynadı. Tapşırıq verdik ki, irəli çıxmaq, futbol oynamaq lazımdır. Ümumi götürəndə hər iki komanda təhlükəli epizodlar yaratdı. Balanslı oyun gedirdi. Buna baxmayaraq, qapımızda 2 qol gördük. 2-ci hissə matça yaxşı başladıq. Xəyal Əliyev mükəmməl oyun göstərdi. Toral Bayramovun da zərbəsi var idi. Bir müddət sonra Renat Dadaşovu meydana buraxdım ki, cüssəlidir, topu irəlidə saxlayaq. Şahin Şahniyarovun oyununu da vurğulamaq istəyirəm, debüt matçında yaxşı oynadı. 55 dəqiqədən sonra yorulduğunu gördük və əvəzlədik. Təəssüflər olsun ki, yenə bəsit qollar buraxdıq. Bu cür şeylərə görə çox məyis oluruq. Uşaqlar bərabərlik qolunu vurmağa çalışdı. Hiss edirdim ki, komanda qol vura bilər. 3-lü müdafiə sisteminə keçdik. Cinahlardan hücumlar etməyə çalışdıq. Buna baxmayaraq, daha bir qol buraxdıq. Yüksək səviyyəli rəqabətdə belə qollar buraxmaq olmaz. Ümumilikdə, oyunçular yaxşı çıxış etdi. Bəzi futbolçular ilk dəfə idi ki, millidə oynayırdı. Pozitiv məqamlar çox oldu. Hər oyunçu göstərdi ki, milli səviyyəsində oynaya bilər. Xəyal, Səbuhi Abdullazadə, Şahin, Mərt Çəlik bacarıqlarını göstərdi. Bunlar pozitivdir, amma nəticə neqativ oldu.

    – Azərbaycan millisində özünüz üçün təyin etdiyiniz məğlubiyyət limiti var?
    – Hər şeyi edirik ki, məğlub olmayaq. Oyunçular əllərindən gələni etdi. İndi hamısı məyusdur. İşimizi davam etdirməliyik. Üzərimizdə işləməliyik ki, nəticələri də düzəldək. Toralın epizodu qol olsaydı, oyun başqa cür davam edəcəkdi.

    – Zamiq Əliyev 2-ci dəfədir ki, kobud səhv edir. Onu yenə əsas heyətdə meydana buraxacaqsınız?
    – Unutmayaq ki, onun 20 yaşı var. Gənclər hamısı davamlı oynamalıdır ki, özlərinə inam yaransın. Onları dərhal itirə bilmərik. Səhv etməkdən qorxsa, inkişaf etməyəcək.

    – 2 oyunda cinah müdafiəçisi kimi nominal stopperləri oynatdınız. Azərbaycanda cinah oyunçusu görmürsünüz? “Zirə”nin kapitanı Qismət Alıyev kifayət qədər yaxşı oynayır. Onu milliyə layiq bilmirsiniz?
    – Qisməti bundan öncə dəvət etdik və oynadı.

    – İndi nə üçün dəvət olunmayıb?
    – Oyunlara baxıram. Hazırkı durumda Amin Seydiyev, Mərt Çəlikin oyunlarını bəyəndim. Rahil Məmmədovun sağ cinahda oynamasına gəlincə, bir neçə dəfə o mövqedə oynayıb və milli qələbə qazanıb. Kim niyə dəvət olunmayıb deyə suallar normaldır. Məğlubiyyət olanda belə şeylər axtarılır. 3 gün öncə deyirdiniz ki, bu oyunçular niyə oynamadı, bu dəfə fərqli adlar çəkilir.

    – Sizcə, Portuqaliya Futbol Federasiyası 8 oyun uduzan millinin əcnəbi baş məşqçini işində saxlayar?
    – Millidə 109 oyun keçirmişəm və onun 20-də məğlub olmuşam. Sualı başa düşdüm. Siz hazırda Portuqaliya millisi ilə Azərbaycanı müqayisə edə bilməzsiniz. Orada 2 oyun ardıcıl uduzanda baş məşqçi göndərilir. Bundan əvvəl işlədiyim Yunanıstan və Portuqaliya millisində ardıcıl 2 matç məğlub olmamışam. Bu sualı federasiyaya vermək lazımdır, mənə yox.

    – Azərbaycan millisində 8 oyunun 7-də məğlub olmusunuz. Eyni zamanda, 3 qol vurub, 22-ni buraxmısınız. Bu rəqəmlər necə olmalıdır, başa düşəsiniz ki, bu oyunçularla alınmır, ölkənizə qayıdasınız?
    – Bu sualı mənə verməyin. Müqaviləm var. Baş məşqçinin işi oyunçuların potensialına baxmaq, onların səviyyəsini artırmaqdır. Bu gün bir addım irəli atdıq. Çoxlu gənc futbolçu oynadı. İşimə köklənmişəm.

    – 2 məğlubiyyətdən sonra futbol ictimaiyyəti və azarkeşlər qəzəblidir. Onların sakitləşməsi üçün üzr istəməyi düşünürsünüz?
    – Üzr istəmək başqa şeydir. Əlbəttə, fanatların istəyini qarşılamalı, onları sevindirməliyik. Ancaq indi eyni hissləri keçiririk. Nəticələrə görə pis oluruq. Heç kim bu duruma sevinmir. Nə mən, nə oyunçular. Əlimizdən gələni etməliyik ki, vəziyyəti yaxşılığa doğru dəyişək. Gücümüz var ki, işimizi davam etdirək. O gün gələcək ki, futbol ictimaiyyəti və azarkeşlər nəticələrə sevinəcək. Çox çəkəcək? Bəli. Dərk edirəm ki, asan deyil. Dəfələrlə vurğulamışam ki, asan deyil. Rəhbərliklə danışanda da 3+1 illik müqaviləni razılaşdırmışıq və bunları danışmışıq. 1-2 illik məsələ olsaydı, bura gəlməzdim. Prosesin asan olmadığını bilirəm. Ölkə, şəhər haqda danışsaq, hər şey mükəmməldir. Məsələ odur ki, 3+1 illik şərt olmasaydı, bura gəlməzdim. Bunu dəfələrlə izah etmişdim. Mən də çox üzgünəm. Karyeram ərzində bu qədər məğlub olmamışdım. Öz işimə, oyunçuların potensialına inanıram.

    – Qələbə üçün daha zəif rəqib lazımdır?
    – İnkişaf etmək, daha yaxşı olmaq istəyiriksə, güclü millilərə qarşı oynamalıyıq. Əlbəttə, qələbə üçün ən aşağı səviyyəli komandalarla oynamaq olar və hamı sevinərdi. Lakin bu, inkişaf üçün faydalıdırmı? Gələcəkdə daha güclülərlə oynamalıyıq ki, inkişaf edək.

    Futbol

    "Turan Tovuz" indi də Sumqayıta köçür

    10.03.2026 18:49:31
    Futbol

    "Sabah" - "Qəbələ": HEYƏTLƏR

    10.03.2026 18:15:47
    Futbol

    "Qarabağ"da parladı, millinin qapısı üzünə açıldı – VİDEO

    10.03.2026 18:05:34
    Futbol

    AFFA milliyə əcnəbi baş məşqçi gətirdi - RƏSMİ

    10.03.2026 17:30:22
    Futbol

    "Qarabağ" mövsümün rekorduna imza atdı

    10.03.2026 16:48:44
    Futbol

    Yuri Vernidubun Berdıyevin əlini sıxması tənqid olundu

    10.03.2026 16:20:05
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz" indi də Sumqayıta köçür

    10.03.2026 18:49:31

    "Sabah" - "Qəbələ": HEYƏTLƏR

    10.03.2026 18:15:47

    "Qarabağ"da parladı, millinin qapısı üzünə açıldı – VİDEO

    10.03.2026 18:05:34

    Avropa Açıq çempionatında qızıl medal

    10.03.2026 17:49:32

    AFFA milliyə əcnəbi baş məşqçi gətirdi - RƏSMİ

    10.03.2026 17:30:22

    "Qarabağ" mövsümün rekorduna imza atdı

    10.03.2026 16:48:44

    Yuri Vernidubun Berdıyevin əlini sıxması tənqid olundu

    10.03.2026 16:20:05

    AFFA I Liqa klubunu böyük məbləğdə cərimələdi

    10.03.2026 15:47:48

    Saşa İliç Sumqayıtdan Türkiyə mətbuatına danışdı: "Çox çətin olacaq"

    10.03.2026 15:19:43

    Tanınmış veteran güləşçilərimiz məktəblilərlə görüşdü - FOTOLAR

    10.03.2026 14:55:34

    Ukraynalı futbolçu "Neftçi"ni tərk edir? - Baş məşqçi açıqladı

    10.03.2026 14:15:24

    "Qarabağ" tamam başqa səviyyədir" - Qazaxıstanın klubunun baş məşqçisi

    10.03.2026 13:45:40

    "Qurban Qurbanovun tərəfindəyəm!" - Yuri Vernidub

    10.03.2026 13:18:50

    Cüdo hakimlərimiz beynəlxalq yarışlarda - FOTOLAR

    10.03.2026 12:39:56

    Azərbaycanlı "Qalatasaray"ın oyununa təyinat aldı

    10.03.2026 12:15:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved