İspaniya mətbuatı Juninyunun "Qarabağ"dan ayrıldıqdan sonra "Flamenqu"dakı çıxışının ilkin dövrünü qiymətləndirib.
Prosport.Az xəbər verir ki, "Estadio Deportivo" nəşri braziiyalının effektli ola bilməməsini qabardıb:
"Juninyu "Qarabağ"la "Sevilya" arasında 5 milyon avroluq müqavilə bağlanılması üçün öz cibindən 1 milyon avro ödəməyə hazır idi. O, La Liqa klubunda oynamaq istəyirdi. Amma sonda “Flamenqu" məsələsi ortaya çıxdı və Braziliyaya yollandı. Azərbaycan təmsilçisinə 5 milyon avro ödənildi. Amma bu transfer Rio-de-Janeyro klubunda gözlənilən nəticəni verməyib. Juninyu Braziliyaya gəldikdən sonra 12 matçda 3 dəfə heyətdən kənarda qalıb, cəmi 2 dəfə meydana çıxıb".

