Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Kəpəz"lə oyunda qar yağırdı, onların yarısı köynəksiz idi" – "Neftçi"nin legioneri
    25.03.2025 11:09:35

    "Neftçi" mənim üçün böyük klub və böyük komandadır".

    Prosport.Az xəbər verir ki, bunu “Neftçi”nin müdafiəçisi Ervin Kofi klubun televiziyasına müsahibəsində deyib.

    O, "Neftçi"yə gəlişindən və komandadakı atmosferdən danışıb: "Azarkeşlərin hər oyunumuzu necə izlədiyini görürsünüz. Buna görə çox şadam. "Neftçi"nin dünyada böyük bir klub olduğunu bilirdim, buna görə də məni transfer etmək istədiklərini öyrənəndə dərhal "bəli" dedim. Bizim çox yaxşı azərbaycanlı futbolçularımız da var. Əvvəllər onların bu qədər yaxşı olduğunu bilmirdim. Üstəlik, təlim-məşq mərkəzi yenilənib və hər şey möhtəşəmdir”.

    Fransalı legioner baş məşqçi Samir Abasovun işinə də qiymət verib: “Əla baş məşqçimiz var. Bilirəm ki, Samir Abasov bir neçə il əvvəl "Neftçi" ilə çempionluq qazanıb. Komandaya qoşulduğu gündən dərhal öz futbol fəlsəfəsini tətbiq etməyə başladı. Biz topa sahib olmaq və topu saxlamaq üzərində çoxlu məşqlər edirik. O, komandaya qoşulandan sonra daha yaxşı nəticələr əldə etməyə başladıq. Buna görə də, hamımız xoşbəxtik və addım-addım inkişaf edirik. Çünki hər gün onunla məşq edirik. O, futbolla yaşayan bir insandır. Biz qol vuranda onun reaksiyasını görmək çox maraqlıdır".

    Misli Premyer Liqasının XXII turunda "Neftçi”nin “Zirə” üzərində 2:1 hesablı qələbə qazandığı matçda 90+3-cü dəqiqədə qol vuran futbolçu möhtəşəm hisslər yaşadığını bildirib: "Zirə" üzərində səfər qələbəsi qazanmaq və son dəqiqədə qol vurmaq çox fantastik idi. Hər oyunda belə bir qol vura bilsəm, bunu mütləq edərdim. Hamımız birlikdə atılıb-düşürdük. Sonra paltardəyişmə otağına qayıtdıq. Hər şey çox möhtəşəm idi. Motivasiyamız yüksəkdir, yalan deməyəcəyəm, məqsədimiz Azərbaycan Kubokunda finala çıxmaq və qalib olmaqdır. Hədəfimiz kubokdur və bizi qarşıda "Sabah"la 2 matç gözləyir. Buna görə də meydanda əlimizdən gələni etməliyik. Çünki bu bizim məqsədimizdir".

    Ervin Kofi "Neftçi" azarkeşlərindən də danışıb: "Açığı, bəzən beynimdə deyirəm ki, onlar çılğındır. Məsələn, "Kəpəz"lə oynayanda qar yağırdı. Ancaq onların yarısı köynəksiz idi. Onlar əsl azarkeşdir. "Neftçi"ni, həmçinin futbolçuları çox sevirlər, biz də onları sevirik. Həm məğlub olanda, həm də qalib gələndə onların bizim üçün hər şeylərini verdiyini görmək məni sevindirir. Azarkeşlərimiz hər zaman bizimlədir və bu məni çox xoşbəxt edir".

    Qeyd edək ki, Azərbaycan kubokunda finalçılar aprelin 23-də bəlli olacaq.

    Futbol

    "İmişli" Anqola millisinin sabiq üzvünü transfer etdi

    27.07.2026 19:57:53
    Futbol

    "Turan Tovuz" növbəti yoxlama oyununda heç-heçə etdi

    27.07.2026 19:24:30
    Futbol

    “Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı

    27.07.2026 18:48:03
    Futbol

    "Qarabağ"dan azarkeşlərinə şad xəbər

    27.07.2026 18:09:59
    Futbol

    "Fiorentina" "Qarabağ"ın legionerinə elçi düşdü

    27.07.2026 17:18:46
    Futbol

    "Sportinq"in sabiq futbolçusu "İmişli"də

    27.07.2026 16:53:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "İmişli" Anqola millisinin sabiq üzvünü transfer etdi

    27.07.2026 19:57:53

    "Turan Tovuz" növbəti yoxlama oyununda heç-heçə etdi

    27.07.2026 19:24:30

    “Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı

    27.07.2026 18:48:03

    Azərbaycan klubunda yaponiyalı legioner

    27.07.2026 18:28:20

    "Qarabağ"dan azarkeşlərinə şad xəbər

    27.07.2026 18:09:59

    Bakıda dünya çempionatının açılışı oldu

    27.07.2026 17:40:41

    "Fiorentina" "Qarabağ"ın legionerinə elçi düşdü

    27.07.2026 17:18:46

    "Sportinq"in sabiq futbolçusu "İmişli"də

    27.07.2026 16:53:44

    Elxan Səmədov Serbiya Superliqasının baş katibi ilə görüşdü

    27.07.2026 16:29:37

    Azərbaycan klubu əcnəbi məşqçisi ilə müqaviləni yenilədi

    27.07.2026 16:17:28

    "Qarabağ" elə də qorxulu komanda deyil" - Georgi Georgiyev

    27.07.2026 15:48:50

    Bakıdakı Avropa çempionatında 250 könüllü çalışacaq

    27.07.2026 15:12:59

    Dünya çempionatı: 3 güləşçimiz Bakıda yarımfinala yüksəldi

    27.07.2026 14:49:07

    Bu il Bakıda güləşin daha bir dünya çempionatı keçiriləcək

    27.07.2026 14:20:23

    "Zirə"nin Sumqayıtdakı oyununu idarə edəcək hakim zədələndi

    27.07.2026 14:17:43
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved