Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sabah Azərbaycana uduzsaq, təzyiq altında olacağıq" – Karlos Alos
    24.03.2025 18:39:18

    Belarus millisinin baş məşqçisi Karlos Alos sabah Azərbaycana qarşı keçiriləcək yoxlama görüşündən əvvəl mətbuat konfransında iştirak edib.

    Prosport.Az xəbər verir ki, ispan mütəxəssis əvvəlcə millimiz haqda danışıb:

    – 2 fərqli örtükdə oynamağın çətinliyi var. Bundan əvvəlki matç Tacikistana qarşı süni örtüklü meydançada, həm də isti havada keçirildi. Sabah isə təbii örtüklü meydanda və soyuq havada oynayacağıq. Martın 21-dən Azərbaycandayıq. Adaptasiya keçmişik, oyuna hazırıq. Tacikistan və Azərbaycanla oyun arasında müqayisə aparmaq istəməzdim. Tamamilə fərqli matçlar olacaq.

    – Bütün komanda oyuna hazırdır? Heyətlə bağlı problemlər, zədələr mövcuddur?
    – Hamı hazırdır, problem və zədəlimiz yoxdur. Start heyəti ilə bağlı qərar verəcəyik.

    – Azərbaycan millisi çətin vəziyyətdədir, inanılmaz təzyiq var. Son oyundakı məğlubiyyətin ardından mətbuat tərəfindən də təzyiq hiss edilir. Belarusda isə bu cür vəziyyət yoxdur. Demək olar ki, sizin psixoloji durumunuz daha yaxşıdır?
    – Futbolda hər zaman təzyiq var. Sabah uduzsaq, təzyiq altında olacağıq. Azərbaycan yaxşı komandadır, rəqibə hörmətlə yanaşırıq. Buradakı son matçda onlara uduzmuşuq. Sabahkı matç rahat olmayacaq. Son görüşdəki məğlubiyyət də komanda üçün motivasiya ola bilər. Meydana qələbə üçün çıxacağıq. Yoldaşlıq görüşü olduğunu nəzərə alaraq, nələrisə sınaqdan keçirmək fürsəti əldə edə biləcəyik.

    – Fernandu Santuş tanınmış mütəxəssisdir. Polşa, Yunanıstan, Portuqaliya millilərində işləyib. Demək olar ki, onun bəlli oyun üslubu var və matça da buna uyğun hazırlıq keçmisiniz?
    – Fernandu Santuş top-məşqçidir, böyük komandada çalışıb, ona hörmətim də böyükdür. “Portu”, “Benfika”, Portuqaliya kimi komandalara rəhbərlik edib. Amma oyun üslubları eyni deyil. Çünki şərtlər və oyunçular da fərqli olub. Biz sabahkı matçda qələbə qazanmaq istəyirik.

    Futbol

    AFFA 2 klubu cərimələdi, məşqçiləri cəzalandırdı

    25.11.2026 15:42:51
    Futbol

    "Bu axşam "Sabah"a azarkeşlik edəcəyik" - Nazir

    25.11.2026 15:10:40
    Futbol

    "Sabah"la oyundan öncə gərginlik: Məşqə gecikdi, Fliki qəzəbləndirdi

    25.11.2026 14:39:20
    Futbol

    Avropa və dünya çempionu üçün Bakıda ikiqat əlamətdar oyun

    25.11.2026 14:13:05
    Futbol

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38
    Futbol

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    AFFA 2 klubu cərimələdi, məşqçiləri cəzalandırdı

    25.11.2026 15:42:51

    "Bu axşam "Sabah"a azarkeşlik edəcəyik" - Nazir

    25.11.2026 15:10:40

    "Sabah"la oyundan öncə gərginlik: Məşqə gecikdi, Fliki qəzəbləndirdi

    25.11.2026 14:39:20

    Avropa və dünya çempionu üçün Bakıda ikiqat əlamətdar oyun

    25.11.2026 14:13:05

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10

    Cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram

    25.11.2026 11:40:17

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44

    "Turan" Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır

    25.11.2026 10:24:05

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18

    "Turan"ın Çempionlar Liqasındakı ev oyunlarının məkanı və vaxtı bilindi

    25.11.2026 09:27:18

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved