Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Müdafiə baxımından komanda kimi zəifik" – Fernandu Santuş
    24.03.2025 16:50:56

    Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Belarusla oyundan öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

    Prosport.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

    – Səbuhi Abdullazadənin mətbuat konfransına gətirilməsi onu göstərir ki, sabah start heyətində yer alacaq? Ümumiyyətlə, hansı dəyişikliklər olacaq?
    – Elvin Cəfərquliyevdən savayı, bütün oyunçular sabah şans qazana bilər. Səbuhi də onlardan biridir, oynamaq ehtimalı var. Dəyişikliklər olacaq. Bəzi oyunçular dincələcək. Ardıcıl 2 oyun keçirmək asan deyil. Oyunçuların çoxu oruc tutur. Buna da hörmətlə yanaşırıq. Həmin vəziyyəti nəzərə alaraq, dəyişikliklər olacaq. Meydanda daha istəkli olmalıyıq. Müdafiədə daha inamlı çıxış etməliyik. Buraxdığımız qolların çoxu sadə epizodlardır. Haiti ilə görüşdə təhlükəli epizodlar yaratdıq. Ancaq hücumların sonu olmadı. Sabah qol vurmaq istəyirik. Futbolda belə hallar olur, epizodlar yaradırsan, qol vura bilmirsən... Digər matçlarda isə bəhrəsini görürsən. Müdafiədə daha diqqətli olmalıyıq. Belə davam etməklə yuxarı səviyyədə rəqabət apara bilmərik. Hücumda isə qol epizodlarımız var.

    – Qələbəniz yoxdur, amma baş məşqçi postundasınız. Qalibiyyət üçün nə qədər gözləməliyik?
    – Hər oyunda qalib gəlmək üçün imkanlarımız olur. Qələbəyə hamılıqla inanmalıyıq. Ümid edirəm ki, ilk qələbə sabahkı matçda yaşanacaq. Daha inamlı müdafiə olunmalıyıq. Hücumda yaradılan qol epizodlarından da istifadə etmək lazımdır. Bunları etsək, qələbə gələcək.

    – Komandanın bundan sonra müdafiədən oynayacağını bildirmişdiniz. Hansısa dəyişiklər düşünmüsünüz?
    – Hələ son qərar verilməyib. Bu gün son məşqimiz olacaq. 

    – Haiti ilə görüşdən sonra demişdiniz ki, komanda meydana məğlub olmaq üçün çıxmışdı. Bu fikri emosiyalara qapılaraq bildirmişdiniz, yoxsa necə?
    – Mən belə deməmişəm. Fikrim o idi ki, meydana giririk və dərhal məğlub olmağa başlayırıq. Sonra bildirdim ki, komanda ilk hissədə qol epizodları yaratdı, sadəcə, onları konkretləşdirə bilmədik. 2-ci hissədə dəyişiklik etmək istədik. Amma 2-ci qoldan sonra komanda təslim olmuşdu. Oyunçular hər zaman istəkli olmalıdır ki, qalib gəlsinlər. Futbolçularımızda belə düşüncə var ki, qol buraxan kimi həvəsdən düşürlər.

    – Sabah qapıda Rza Cəfərova şans verəcəksiniz? Şahruddin Məhəmmədəliyevin son oyundakı performansı aşağı görünürdü...
    – Kimlərin oynayacağını deyə bilməyəcəyəm. Analizlər edirsiniz, bunlar fərdi analizlərdir. Bu oyunçu yaxşı oynadı, pis oynadı, fərdi təhlildir. Heç vaxt komanda adından danışmırsınız. Qalib gələndə bunu birlikdə edirik, uduzanda da birlikdə uduzuruq. Mental olaraq dəyişməliyik.

    – DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblər bəllidir. Bu qrupda sizin futbol fəlsəfənizi görəcəyik?
    – Bu haqda şərh verməyəcəyəm. Həmin oyunlar 2-3 aydan sonra başlayacaq. 

    – Daim mənəvi məsələlərdən şikayətlənirsiniz. Demək ki, mental məsələləri düzəldə bilmirsiniz. Bəs, axırı necə olacaq?
    – Cəmi 6 oyundur ki, buradayam. Ümid edirəm ki, tez bir zamanda bu problem aradan qalxacaq. Daim oyunçularla danışıram. Hər dəfə onlara mesaj ötürməyə çalışıram. Fərdi də danışıram, kollektiv şəkildə də. Oyunçunun özündən də çox şey asılıdır. Onlar da bunu dərindən dərk etməli və baryeri keçməlidirlər. Bu problemi birlikdə çözməliyik. Bu işdə siz jurnalistlər, azarkeşlər də çox vacibsiniz. Nə qədər bir olacağıq, eyni istiqamətdə addımlayacağıq, bir o qədər asan olacaq. Futbolda çox təcrübəm var. Futbolçu rəhbərlik, məşqçi, jurnalist, azarkeş tərəfdən dəstək görməlidir. Dəstək olmayanda, futbolçu qorxaraq addımlayır. Səhv etmək insana xas olan məsələdir. Hər dəfə səhv edəndə "öldürmək" olmaz, dəstəkləmək lazımdır. Həyatda səhv etməyən biri var? Mən də səhv etmişəm. Ən önəmlisi odur ki, dəstək olaq. Onda futbolçunun özünəinamı da olur, təkcə tənqid etmək lazım deyil. Hər birimizi belə olmağa, yaxşı getməyəndə də oyunçuları dəstəkləməyə çağırıram. Övladını ancaq yaxşı nəsə edəndə tərifləmək düzgün deyil. Onlar düzgün iş görməyəndə də dəstəkləmək lazımdır. Milli komanda bu deməkdir.

    – Azərbaycan millisi kollektiv şəkildə yaxşı mübarizə apara bilir?
    – Azərbaycan millisi kollektiv şəkildə yaxşı çıxış etmir. Komanda şəklində müdafiədə çox zəif çıxış edir. Müdafiə baxımından komanda kimi zəifik. Amma burada sadəcə, müdafiədə oynayanları, ya da qapıçını demirəm. Kimsə yuxarı səviyyədə olmaq istəyirsə, belə qollar buraxmaq olmaz. Hazırda millimizin ən böyük problemi kollektiv şəkildə müdafiə oluna bilməməkdir. Aqressivlik də çatışmır. Komanda şəklində hamımız arxada otura bilərik. Amma istək və aqressivlik olmayanda... Bura gəldiyim gündən eyni şeyləri təkrar edirəm. Qapımızda çox asan qollar buraxırıq. Yalnız qapıya zərbələri, hücumları bitirməyə çalışdıq. 1 məşqi ona həsr etdik. Ondan qabaq müdafiədən çıxışı məşq etdik. Qapısında çox qol buraxan komanda az hallarda qalib gələ bilər.

    Futbol

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02
    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Futbol

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06
    Futbol

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55
    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    "Cüdosuz qala bilmərəm" – 4-cü dəfə dünya çempionu olan Mövlud Mirəliyev

    24.09.2026 09:38:27

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved