Futbol üzrə Azərbaycan millisinin 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsindəki sonuncu rəqibi bəlli olub.
Prosport.Az xəbər verir ki, bu, ikiqat dünya və ikiqat Avropa çempionları Fransa olub.
Fransa yığması UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Xorvatiyanı üstələməklə buna nail olub. Komandalar arasında baş tutan hər iki matçı meydan sahibi olan tərəf 2:0 hesabı ilə üstün tamamlayıb. Parisdəki cavab qarşılaşmasının penaltilər seriyasında 5:4 hesablı qələbə qazanan Fransa yığması cütün qalibi olub.
Bununla da "xoruzlar"ın əsas komandası ilk dəfə Bakıya gələcək. 1996-cı ildə baş tutmuş Avropa çempionatının seçmə mərhələsində Fransa millimizə rəqib olsa da, komandamız həmin vaxt ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirirdi.

