AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılov 89 yaşında vəfat edib.
Prosport.Az xəbər verir ki, aprelin 12-də yubileyini – 90 yaşını qeyd etməli olan Ç.İsmayılov pnevmoniya səbəbindən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Çingiz İsmayılov 1935-ci ildə Bakıda doğulub. 1955–1962-ci illərdə “Neftçi”nin qapıçı kimi şərəfini qorumuş Ç.İsmayılov 1986-1994-cü illərdə bu komandanın rəisi vəzifəsində çalışıb. Bundan başqa, Bakının və Gəncənin “Dinamo”, həmçinin “Neft daşları” komandalarında çıxış edib. 1994-cü ildə AFFA-nın baş katibi təyin edilib. 9 il ölkənin ali futbol qurumunda çalışıb. Uzun illər televiziyada futbol şərhçisi kimi fəaliyyət göstərmiş Ç.İsmayılov 2022-ci ilin dekabrında “Tərəqqi” medalı ilə təltif edilib.

