Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Komandam meydana məğlub olmaq üçün çıxmışdı" – Fernandu Santuş
    23.03.2025 01:03:19

    Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haitiyə uduzduqları yoldaşlıq oyunundan (0:3) sonra jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları söyləyib.

    – Dünən start heyəti müəyyənləşdirdiyinizi demişdiniz. Yuxunuzda bu hesabı görsəydiniz, heyəti dəyişərdiniz?
    – Əlbəttə, dəyişiklik edərdim. Komanda məşqlərdə özünü yaxşı göstərirdi. Oyundan sonra çox şey demək olar. Düşünürəm ki, komandam meydana məğlub olmaq üçün çıxmışdı. İlk hissədə daha yaxşı oynadıq. Qol imkanlarını dəyərləndirə bilmədik. 2-ci hissədə hücum xəttinə oyunçular buraxdım. Cinahdan asmalardan istifadə etmək istəyirdik. Yarımmüdafiədə də dəyişilik etdik ki, intensivlik artsın. 2-ci hissənin əvvəlində eyni səviyyəli oyun oldu. 2-ci qoldan sonra komanda ruhdan düşdü. Xəyal Əliyev, Səbuhi Abdullazadə meydana daxil olandan sonra hücumda aktiv olduq. Hücumları sonlandıra bilmədik. Uşaqlar çalışdılar.

    – Adətən 5-li sistem oynadırdınız, bu gün isə 4-lü sistemi seçdiniz. Heyətlə bağlı seçimlərinizi nə ilə əlaqələndirə bilərsiniz?
    – 5-li sistemlə 2 oyun oynamışıq. Rahil Məmmədovu müdafiənin cihanında oynatdıq. O, mərkəzdə və cinahda oynaya bilir. Elvin Cəfərquliyevə hücumda sərbəstlik vermək istədik. Oyunçularıma inanıram və potensiallarını bilirəm. Ona görə bu sistemlə oynadıq. Əsas heyətdə çıxanlar təcrübəli futbolçulardır. Az oynamalarına baxmayaraq, təcrübələri var. Məşqlərdə özlərini yaxşı göstərirdilər.

    – Elvin Cəfərquliyev bu dəfə yoldaşlıq oyununda qırmızı vərəqə aldı. Buna necə izah verərdiniz?
    – Elvinlə danışdım və bunun yolverilməz olduğunu dedim. Bir şeyə görə oyunçunu öldürə bilmərik.

    – Gələcəyin komandasını quracağınızı demişdiniz. Amma heyətdə 3 rus, 1 türk futbolçu var. Onların 3-nün yaşı 30-dan yuxarıdır. Bu oyunçularla gələcəyin komandasını quracaqsınız?
    – Ozan Kökçünün 27, Şahruddin Məhəmmədəliyevin 29 yaşı var. İnkişaf istəyiriksə, təcrübəlilərdən də istifadə etməliyik. Heyətdə gənc oyunçular da var idi.

    – Qeyri-azərbaycanlıların oynadılması nə dərəcədə düzgündür?

    – Bədəvi Hüseynov, Şahruddin çox təcrübəli və güclü oyunçulardır. Gənclər milliyə gələndə onlardan dəstək görməlidir. Dünya praktikasında da milliləşdirilmiş oyunçular var. Pepe 40 yaşına kimi Portuqaliya yığmasında oynayıb, amma braziliyalıdır. Bir oyunçu milliyə sevgi ilə yanaşırsa, problem yoxdur.

    – Belarusla oyunda heyətdə dəyişikliklər olacaq? I Liqadan – “Qəbələ”dən dəvət alan Şahin Şahniyarovu meydanda görəcəyik?
    – Növbəti oyunda dəyişikliklər olacaq. Matç istədiyimiz kimi getsə, Şahin də şans qazana bilər. İstedadlı oyunçudur. Strateji cəhətdən dəyişikliklər mənim məsuliyyətimdədir. Bugünkü matçda 4-4-1-1 oynamaq istəyirdik, alınmadı.

    – Haitinin 3-cü qolundan sonra azarkeşlər rəqibi alqışladı. Nə vaxtsa rəqib azarkeşlər bizi alqışlayacaq və həmin vaxt baş məşqçi siz olacaqsınız?
    – Əlbəttə, futbolda belə hallar olur. Azarkeşlər də yığmadan qələbə gözləyir. Ümid edirəm ki, bizdə də ardıcıl qələbələr olsa, rəqibin də səviyyəsi eynidirsə, alqışlayarlar.

    – 1 ildir ki, yığmadasınız. Millidə nəyi dəyişə bilmisiniz? Azarkeşləri nə vaxt qələbə ilə sevindirəcəksiniz?
    – İnanıram ki, dəyişiklik etmək olacaq. Oyunçuların potensialına görə düşünürdüm ki, hücum futbolu oynaya bilərik. Amma fikirləşirəm ki, müdafiədə qalıb, əks-hücuma çıxmaq daha yaxşı olar. Dəyişiklər olacaq. Rəqiblərlə başabaş mübarizə aparmaq istəyirik. Məşqçi olaraq dəyişiklik etməliyəm. Növbəti oyunlarda bunu edəcəyəm. Daha çox müdafiədə oturub, əks-hücumlara üstünlük verəcəyik.

    Futbol

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02
    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Futbol

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06
    Futbol

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55
    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    "Cüdosuz qala bilmərəm" – 4-cü dəfə dünya çempionu olan Mövlud Mirəliyev

    24.09.2026 09:38:27

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved