Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov yerli "Antalyaspor" klubunun düşərgəsində olub.
Prosport.Az xəbər verir ki, Abbasov Türkiyə Superliqasında çıxış edən komandanın baş məşqçisi Əmrə Belözoğlu ilə görüşüb.
Mütəxəssislər görüş zamanı hər iki ölkə futbolu və komandaların hazırkı durumu barəsində fikir mübadiləsi aparıb. Ayxan Abbasov türkiyəli həmkarına üzərində "Əmrə" yazılmış milli komandamızın 5 nömrəli formasını hədiyyə edib.

