Azərbaycan I Liqasında çıxış edən MOİK klubunun baş məşqçisi Qəzənfər Abbasov istefa verib.
Prosport.Az xəbər verir ki, bu barədə mütəxəssis sosial şəbəkə hesabında paylaşım edib:
"Bir məşqçi kimi seçim edərək, MOİK-lə yolumu ayırmaq qərarına gəldim. Hər zaman klubun adını qaldırmaq, uğur qazanmaq üçün əlimdən gələnin ən yaxşısını etdiyimə inanıram. MOİK-ə gələcəkdə uğurlar arzulayıram.
Qeyd edək ki, MOİK I Liqada 18 turdan sonra 22 xalla 6-cı pillədə qərarlaşıb. Komanda martın 14-də Mingəçevirdə eyniadlı kluba 0:1 hesabı ilə uduzub.