“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan millisinin düşərgəsinə qoşulub.
Prosport.Az xəbər verir ki, Qazaxıstan Futbol Federasiyası 32 yaşlı qolkiperin yığmaya dönüşü ilə bağlı paylaşım edib.
Yerli federasiya sosial şəbəkədəki paylaşımında yazıılb: “Stas milli üçün, biz də onun üçün darıxmışdıq”.
Lakin Qazaxıstan mətbuatı məşqçilər korpusunun Pokatilovun hazırkı durumundan heç də məmnun olmadığını iddia edib. Bildirilib ki, Stas “Sabah”ın son 4 çempionat matçının hamısında qapısından qol buraxıb ki, bu da onun formada olmadığını göstərir. Ancaq yenə də baş məşqçi Ali Aliyev onun təcrübəsinə güvənir.
Qeyd edək ki, Qazaxıstan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində martın 22-də Uelsin, 25-də isə Lixtenşteynin qonağı olacaq.