"Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov karyerasını Avropada davam etdirə bilər.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, uğurlu mövsüm keçirən 20 yaşlı futbolçuya bir neçə klubdan ciddi təklif var. Təkliflərdən biri Almaniya 2-ci Bundesliqasında mübarizə aparan klubdandır.
Abbasov mövsümün əvvəlindən "Şamaxı"dan çıxış edir. Azərbaycanın U-21 millisinin üzvü olan gənc sol cinah müdafiəçisi Premyer Liqada meydana çıxdığı 27 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bölgə klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, "Şamaxı" qış transfer pəncərəsi zamanı hücumçusu Belaydi Pusini Rusiyanın "Fakel" klubuna satıb.