"Neftçi"nin sabiq baş məşqçisi Laurentsiu Reqekampf klubsuz qalıb.
Prosport.Az xəbər verir ki, rumıniyalı mütəxəssis gözlənilmədən Tunisin “Esperans" klubundan ayrılıb.
Komanda ölkə çempionatında lider olduğundan, eləcə də Afrika Çempionlar Liqasında 1/4 finala adladığından Reqekampfın istefası gözlənilməz hesab olunur. Hələlik ayrılığın səbəbi qeyri-müəyyəndir.
Qeyd edək ki, Laurentsiu Reqekampf bu komandanı ötən ildən çalışdırırdı. Rumıniyalı mütəxəssis 2022/23 mövsümündə “Neftçi”nin baş məşqçisi olub.

