"Yuventus" "Latsio" klubunun 28 yaşlı Serb yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçi transfer etmək istəyir.
Prosport.Az Tuttosport-a istinadən xəbər verir ki, "qoca sinyora" bu keçidi 30 milyon + əlavə bonuslarla həll etməyə çalışır.
Futbolçunun özünə isə illik 5 milyon avro məvaciblə 2028-ci ilədək müqavilə təklif olunacaq.

