“Səbail”in yeni baş məşqçisi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, bu vəzifənin icrası Elvin Məmmədova həvalə olunub. Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb.
Elvin Məmmədov bu vəzifədə ötən gün istefaya göndərilən Cavid Hüseynovu əvəzləyib.
Qeyd edək ki, o bunadək Cavid Hüseynovun köməkçisi işləyirdi.

