Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sponsor komandadan əlini çəkib" – Cavid Hüseynov
    16.03.2025 18:41:04

    Misli Premyer Liqasının XXVII turunun “Səbail” – “Neftçi” oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Cavid Hüseynov fikirlərini bölüşüb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Oyun bizim üçün çox vacib idi. Rəqiblərimiz xallar qazanır, biz uduzuruq. Həftəboyu oyuna çox yaxşı hazırlaşmışdıq. Onların təhlükəli yerlərini, bizə necə qol vura biləcəklərini analiz etmişdik, uşaqlara başa salmışdıq. Lakin təəssüf ki, üzərində işlədiyimiz şeylərdən qol buraxdıq. Komanda 20-25 dəqiqə əlindən gələni etdi ki, rəqib bizə qol vursun. “Neftçi”nin təhlükəli yerlərini bilirdik və danışmışdıq. Amma komanda çıxır, mən istəmədiyim səhvləri edir və qol buraxırıq. Futbolçulara dedim ki, sizə xəbərdarlıq etmişdik. Tapşırıqları tərsinə etdik. Sonradan oyunu toparlamağa çalışsaq da, alınmadı. Xal qazana bilmədik və məyus olduq.

    – Çatışmazlıqları qeyd etdiniz…
    – Çatışmazlıq deyil. Bunlar oyun planında etməməli olduğumuz şeylər idi.

    – Futbolçuların ustalıq səviyyəsi qane etmir, yoxsa…?
    – Nəsə deyə bilmərəm. Futbolçuya deyirəm ki, bu səhvi etmək olmaz. Amma meydana çıxıb eyni səhvi təkrarlayır. Nəticədə qol buraxırıq. “Neftçi” başqa nə etdi ki? Təhlükəni bilə-bilə özümüz 3 xalı əllərimizlə “Neftçi”yə verdik.

    – Yəqin ki, İlkin Muradovu nəzərdə tutursunuz…
    – Xeyr, o deyil. Dmitri Litvin ötürməni İlkinə verdi və buradan başladı. “Neftçi”nin təzyiqini bilirdik və tapşırılmışdı ki, uzun toplarla çıxaq.

    – Bəs, nə üçün səhv etdilər?
    – Bilmirəm.

    – “Kəpəz”in baş məşqçisi Azər Bağırov da komandada problemlərin olduğunu demişdi və sonra “Qarabağ”la oyunda bəzi aparıcı oyunçular ehtiyatda idi, üstəlik də xal qazandılar…
    – Məşqçi kimi tək qalmışam. Qış transfer pəncərəsindən istifadə edə bilmədik. Sonuncu yerdəyik, necə ola bilər ki, güclənməyək? Özümüzü yiyəsiz komanda kimi hiss edirik. Futbol ictimaiyyətində hamı danışır ki, “Səbail” heç kimə lazım deyil. Bəs, düşünmürük ki, burda oyunçular var? Mən məşqçi kimi faydalı ola bilərəm. Arzularım var, həyata keçirə bilərəm. Bəlkə də, fikirləşirlər ki, problem Cavid Hüseynovdadır. Deyil… Mən də istəyirdim ki, hücumçum olsun. İnnosent Nşuti, 2 il futbol oynamayan Mirabdulla Abbasov gəldi. Problemlər böyükdür, tək toparlamağa çalışıram, amma gücüm çatmır. Məşqçiyə dəstək lazımdır. Nə etməliyəm ki, dəstək olsun? Təsəvvür edin, qələbə qazanırıq, mükafatımız 500 manatdır. Sonuncu yerdə gedən komandaya motivasiya üçün dəstək lazımdır. “Kəpəz” qələbə qazanır, əməlli-başlı pul alır, bəs biz? Çətinliklər çoxdur.

    – Məsələləri komplektləşdirsək, rəhbərlik sizi başqa vədlərlə çağırıb, amma indi tək qalmısınız?
    – 16-17 yaşımdan peşəkar futbol oynamışam. Həqiqəti deyən olduğumu bilirsiniz. Tək qalmışam deyirəmsə, deməli, elədir. Xırdalığını demirəm.

    – Həlledici məqamda tək qalmısınızsa, deməli, son sıra ilə barışmalısınız?
    – Barışmıram. Futbolçulara cavabdehəm, son ana qədər mübarizə aparacağıq. Bu durumdan çıxmaq istəyiriksə, birlikdə nəsə etməliyik. Bu tək məşqçinin işi deyil. Kollektiv iş lazımdır.

    – “Özümüzü yiyəsiz komanda kimi hiss edirik” dediniz. Sponsorsuzsunuz?
    – Sponsor deyil… Sponsor komandadan əlini çəkib. Mən gələndən bəri hansısa maddiyatdan söhbət gedə bilməz. İstər mükafat, istər transfer məsələsi olsun. Hər şeydə azalma var.

    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Futbol

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02
    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Futbol

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06
    Futbol

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55
    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    "Cüdosuz qala bilmərəm" – 4-cü dəfə dünya çempionu olan Mövlud Mirəliyev

    24.09.2026 09:38:27

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved