Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Nə üçün olmayan şeydən nəsə çıxarırsınız?" – Samir Abasov
    16.03.2025 18:28:39

    Misli Premyer Liqasının XXVII turunun “Səbail” – “Neftçi” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Erkən qollar üçün savaşdınız. 2 qol vursanız da, narahatlıq sezilirdi…
    – Narahatlığın səbəbi fasiləyə yaxın uzaqdan buraxılan qol idi. Qələbə qazanmaq istəyirdik. Qarşıda fasilə var və 3 xal bizə yaxşı əhval verəcəkdi. Narahatlıq ondan idi ki, qol buraxdıq və ardı gələ bilərdi. Oyunu eyni tempdə davam etdirib, qollar vura bilərdik. Matçın ilk hissəsində yaxşı oynayıb, hücumlar edib, 2 qol vurduq. Fasilədən sonra döyüşməli olursan. Müdafiədən oynamağımızla bağlı tənqid ola bilər, amma uşaqlar sınaqdan üzüağ çıxdı. Rəqibə çox epizod vermədik. Uşaqlar sona qədər mübarizə apardılar. 3 xal bizim üçün çox önəmli idi.

    – Qarşıda millinin oyunları ilə əlaqədar fasilə var. Belə fasilələr bəzi komandlar üçün faydalı, bəziləri üçün pis olur. Sizə necə təsir edəcək?
    – Zədəli oyunçularımız üçün yaxşı olacaq. Onlara bu fasilə kömək edəcək. Lakin heç bir komanda belə fasilələrə razı olmur. Çünki yaxaladığın tempdən düşə bilirsən. Fasilənin mənfi tərəfləri də var.

    – “Neftçi” mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilməzsə, istefa verəcəksiniz?
    – Verməliyəm? Yəni, getməliyik? Nəzərə alaq ki, bu komandanı 5 xalla götürmüşük? Avrokuboklara vəsiqə qazanılmazsa, uğursuzluq olar. Komandanı pis vəziyyətdə götürmüşəm və indi düzgün yoldayıq. Çempionatda da riyazi şanslarımız var. Bunlar istefaya səbəbdir? Dediyinizin arxasında nələrsə gizlənir? Əmin edirəm ki, siz və sizin kimilərin sözlərinin arxasında çox şey gizlənir. Biz öz işimizdəyik və can-başla çalışırıq. Sual veriləndə nəzərə alın ki, sonrasında nələr yazılacaq, deyiləcək. Nə üçün olmayan şeydən nəsə çıxarırsınız? Mənim qarşıma qoyulan hədəflərdən, etdiyimiz söhbətlərdən xəbəriniz yoxdur.

    – Sizcə, bu heyətlə istədiyiniz nəticəyə çata bilərsiniz?
    – Yeni mövsümdə nə olacaqsa, sonra danışacağıq. Bu gün şəxslərin adlarından danışmaq yersizdir. Ən azından bilirik ki, çempionat bitənə kimi bu futbolçularla yolumuza davam etməliyik. Bizdən öndə olan komandalar var ki, sırf oyunçuların döyüşməsi hesabına bu yerə gəlib. Bura gələndə hansı yükün altına girdiyimizi bilirdik. Elə mövqelər var ki, ora mənim istədiyim tipdə oyunçular lazımdır.

    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Futbol

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02
    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Futbol

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06
    Futbol

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55
    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    "Cüdosuz qala bilmərəm" – 4-cü dəfə dünya çempionu olan Mövlud Mirəliyev

    24.09.2026 09:38:27

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved