Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Onun bu işin öhdəsindən gələcəyini düşünürəm" – Rəşad Sadıqov
    15.03.2025 21:50:12

    Misli Premyer Liqasının XXVII turunun “Sabah” – “Zirə” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Çətin oyun alındı. İlk dəqiqələrdən hər iki komanda bir-birindən ehtiyat edirdi. Rəqibin qoluna qədər epizod yox idi. Uzaqdan zərbə hesabı açdı. Sekidikanın yaxşı zərbələrinin olduğunu bilirdik. Fasilədə toparlandıq və daha böyük qüvvə ilə irəli atıldıq. Nəticədə qol vurduq. Bundan sonra bərabər oyun keçdi. Düşünürəm ki, oyunun ədalətli nəticəsi heç-heçə idi.

    – Qış fasiləsindən sonra müsbət tonusda davam edirsiniz. İndi fasilə necə təsir edəcək?
    – Uğurlu gedəndə fasilənin olmasını istəmirsən. Oyun ərzində də belədir, yaxşı gedişatda pauza xoş gəlmir. Fasilənin xeyrimizə, ya zərərimizə olacağını görəcəyik. Vaxtdan səmərəli istifadə etməyə çalışacağıq. Bəzi çatışmazlıqlarımız var. Həlledici dövrə qarşıdadır.

    – İsmayılın milliyə dəvəti haqda fikirlərinizi bilmək istəyirdim…
    – Bu, sevindirir. İnşallah, millidə yaxşı çıxış edər.

    – Salifu Sumaya marağın böyük olması onun performansına təsir edir?
    – Bu günə qədər hiss etməmişəm. Bu matçda “Sabah” onu saxlamışdı. Mənimçün vacib olan futbolçunun istəyidir. Məncə, Sumada bu gün daha çox yorğunluq var idi. Son periodda ən çox oynayanlardandır. İnanıram ki, fasilə ona faydalı olacaq.

    – Millinin növbəti iki oyunu haqda fikirləriniz nədir?
    – Yaxşı matçlardır. Nəticə önəmli deyil. Məşqçi komandanı sınaqdan keçirəcək.

    – Son müsahibələrinizdə Ayxan Abbasovu tərifləmişdiniz. Onun U-21-ə təyinatı haqda nə deyə bilərsiniz?
    – Onun və millinin adına yaxşı qərar oldu. Mən də onu namizəd görürdüm. İki yerdə işləmək Abbasov üçün müsbət olacaq. “Şamaxı” avrokuboklara getməyəcək və yeni mövsümdə sıx qrafikdə olmayacaqlar. Onun bu işin öhdəsindən gələcəyini düşünürəm.

    Futbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Futbol

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02
    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Futbol

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06
    Futbol

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    "Cüdosuz qala bilmərəm" – 4-cü dəfə dünya çempionu olan Mövlud Mirəliyev

    24.09.2026 09:38:27

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved