Azərbaycan millisinin futbolçuları Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi “Radomyak” klubu Polşa çempionatında növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, komanda XXV turda "Lexiya" ilə qarşılaşıb
Meydana start heyətində çıxan Dadaşov 86-cı dəqiqədə əvəzlənib. Məmmədovun adı isə iştirak ərizəsinə salınmayıb. Qarşılaşma "Radomyak"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Dadaşov Polşa klubunun heyətində 2 qol vurub. Onun komandası ölkə çempionatında 31 xalla 12-ci sırada yer alıb.

