Türkiyənin “Fənərbağça” klubunun yeni transferi Edin Ceko “Neftçi”nin də qatılacağı Sankt-Peterburqdakı “PARI Premyer” turnirində iştirakdan imtina edib.
Prosport.Az-ın yerli mətbuata istinadən məlumatına görə, bosniya və herseqovinalı hücumçu buna səbəb kimi, Rusiyanın Ukraynaya etdiyi hərbi hücumunu göstərib.
Ukraynanı dəstəklədiyini bildirən 37 yaşlı forvard “Srvena Zvezda” (Serbiya), “Zenit” (Rusiya) və “Neftçi” ilə görüşlərdə komandasının heyətində yer almayacaq.
2022-ci ilin noyabrında Bosniya və Herseqovina millisi Rusiya yığması ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırsa da, Ceko başda olmaqla, bir neçə oyunçunun imtinası səbəbindən oyun baş tutmamışdı.
Qeyd edək ki, “Fənərbağça” ilə “Neftçi” arasında qarşılaşma iyulun 15-də keçiriləcək.

