Azərbaycan millisinin sabiq futbolçusu Dimitri Nəzərovun Almaniyadakı çıxışı yerli futbol ictimaiyyətinin diqqətini çəkib.
Prosport.Az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Kikka Ofenbax”ın heyətində Regionalliqada parlaq oyunlarla gündəmə gəlib.
Almaniya mətbuatı Nəzərovun hazırda 2-ci baharını yaşadığını yazıb. Yerli KİV hətta bu gedişlə Nəzərovun yenidən Azərbaycan millisinə çağırılması ehtimalının qaçılmaz olacağını düşünür. “Kikka Ofenbax”ın hazırda Regionalliqada turnir cədvəlinə başçılıq etməsinin səbəbkarı kimi məhz Nəzərov göstərilib.
Qeyd edək ki, Qazaxıstan əsilli Dimitri Nəzərov klubunun son 3 oyununda 4 qol vurub.