“Mingəçevir” heyətini daha bir futbolçu ilə gücləndirir.
Prosport.Az xəbər verir ki, bölgə klubu Fil Dişi Sahilindən olan Donald Anqe ilə müqavilə bağlamağa hazırlaşır. 20 yaşlı mərkəz hücumçusu ilə razılaşmanın müddəti və digər detallar bəlli deyil.
Anqenin son klubu Moldova I Liqasında çıxış edən “Saksan” olub. Burada 14 oyunda 3 qol vuran hücumçu 2 məhsuldar ötürmə də edib.
Qeyd edək ki, "Mingəçevir"ə Fil Dişi Sahilindən olan futbolçunun gələcəyini ilk olaraq Prosport.Az yazmışdı.

